Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimlər daha pis yatır?

Siqaret çəkən adamlar çəkməyən adamlardan daha az yatırlar və onların yuxusunun keyfiyyəti daha pisdir.

Rusiya mətbuatı xəbər verir ki, belə bir nəticəyə Berlinin Şarite tibb məktəbinin araşdırmaçıları gəliblər.

Siqaret çəkməyin orqanizm üçün zərərləri var və bunların bir çoxu insanlara məlumdur.

Siqaret çəkən 1100 nəfərin üzərində aparılan araşdırma zamanı insanların 17 faizi sutka ərzində 6 saatdan az yatıblar, 28 faizi isə tez-tez yuxudan oyanıblar.
Nəticədə onlar səhəri gün özlərini yuxusuz hiss ediblər.


Tarix: 09.01.2015 / 11:26 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı Məlumatlar
loading...