beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarın faydası

Düzdür immuniteti zəif olanlara qış fəsli sərf eləmir. Onların xəstələnməsinə və üşüməsinə səbəb olur. Lakin normal insanlara yaxşı təsir göstərir. Təmiz hava ilə birlikdə adrenalin və xoşbəxtlik hormonunun ifrazını artırır. Bunu Türkiyəli psixoloq Ahmet Kurt da bildirib. Bildiyimiz kimi, insan nadir olan bir şeyi gördükdə və ya hiss etdikdə həyacanlanır. Bu dəyişmə adrenalini artırır və xoşbəxtlik hormonunun ifraz olunmasına səbəb olur. Həmin səbəbdən qış fəsli həm böyükləri həm də uşaqları sevindirir.
Ətraf mühitin qar yağışı ilə birlikdə tam fərqli olduğunu bildirən Kurt, bu vəziyyətin fərqli coğrafi bölgələrə görə dəyişiklik göstərdiyini bildirib.
Məsələn, Kanadada tez-tez qar yağdığı üçün orada yaşayanlar üçün bu adi hesab olunur. Lakin orada günəş çıxdıqda insanlar sevinirlər.
Həmçinin soyuq havalarda qar və buzdan istifadə bəzi xəstəliklərin müalicasində istifadə olunur. Cərrahi üsul ilə buzdan, qaraciyər, ağciyər, prostat və böyrək üzərində yer alan tümerlər azaldılır.
Həmçinin metobalizmə də faydalıdır. Belə ki, bu səbəbdən Avropanın qərb bölgələrində 110 dərəcədə olan soyuq otaqlar xəstələr üçün istifadə edilir.
Xəstələr 2 dəqiqə otaqlarda saxlanılır. Bu üsul ürək xəstəlikləri olan insanlara daha yaxşı təsir edir. (allergiyası olanlar xaric)
Bundan əlavə qar və buzdan istifadə edilməsi dəridəki ləkələrin aparılmasına, baş ağrılarının qarşısının alınmasında, saçların canlandırılmasında və ağrıların azaldılmasında istifadə olunur.


Tarix: 08.01.2015 / 16:28 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı Məlumatlar