Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

-40 dərəcə tempraturla xərçəngdən xilas yolu

Fransızlar soyuq havanı sevməsələr də, bəzən müalicə üçün ən aşağı temperaturlara belə dözməli olurlar. Söhbət terapiyanın yeni növündən gedir.
Fransada cərrahlar krioterapiya adlı müalicə üsulu ilə prostat xərçəngini müalicə edə bilirlər. Bu müalicə üsuluna əsasən prostat vəzi nayihəsində olan dərinin üst qatı soyuq hava üfürən xüsusi qurğu ilə -40 dərəcəyə yaxın temperatura məruz qalır.
Dəri hüceyrələrinin donvurmadan ölməməsi üçün əməliyyat prosesi 2-6 dəqiqəyə kimi olan intervallarla həyata keçirilir.

Bu yolla xəstələrin prostat vəzi nayihəsində olan xəstə toxumalar məhv edilmiş olur.
Qeyd edək ki, krioterapiya bundan başqa ətrafların idman müalicəsi, kosmetologiya, cavanlaşdırma kursları sahəsində də geniş tətbiq olunur.


Tarix: 09.01.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar
loading...