beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fransız mühəndislərin yeni ixtirası

Fransalı mühəndislərin yeni ixtirası olan sualtı velosiped saatda 10 kilometr sürətlə hərəkət edə bilər. Bunun üçün yeganə şərt isə pilotun pedalları sürətlə fırlatmasıdır

“Skubster” adı verilən yeni ixtira ilə 6-7 metr dərinlikdə hərəkət etmək mümkündür. Velosipedi hərəkətə gətirəcək pilot isə onun üçün hazırlanmış kabinada olacaq və adi dalğıclar kimi xüsusi maska vasitəsi ilə nəfəs alacaq.

Yeni ixtira artıq sınaqdan da keçirilib. Belə ki, Aralıq dənizində aparılan sınaqlarda Skubster bir saatdan artıq suyun altında qalıb.

İxtiraçılar əsasən yaxta sahiblərinin bu yeni modelə maraq göstərəcəyinə ümid edirlər.


Tarix: 08.01.2013 / 11:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 294 Bölmə: Maraqlı Məlumatlar