beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tetris oynamaq göz tənbəlliyinə qarşı xeyirlidir

Məlumata görə Kanadalı bir sıra həkimlər göz tənbəlliyini müalicə etmək üçün Tetris oynamağın faydalı olduğunu bildiriblər.
Yuxarıdan düşən blokların, arada heç boşluq qalmayacaq şəkildə yerləşdirilməsini hədəfləyən Tetris, ilk çıxan elektron oyunlardan hesab olunur.
McGill Universitetinin bir qrup şəxsi tetrisin, beyin və gözlərin işinə köməkçi ola biləcəyini söyləyib. Onların apardıqları araşdırmalarda, Tetris oynamağın göz tənbəlliyini aradan qaldırmaq üçün yaxşı bir vasitə olduğu üzə çıxıb. Tibbi adı "ambliyopia"olan göz tənbəlliyi, hər 50 uşaqdan birində müşahidə oluna bilər.
Göz yorğunluğu və ya göz tənbəlliyi gözlərdən birinin görmə qabiliyyətinin kifayət qədər inkişaf etmədiyi vəziyyətlərdə meydana gəlir.
Müalicə edilmədikdə isə tənbəl gözdə görmə itkisi yaranırmış. Bu baxımdan bir sıra həkimlər ilkin müdaxilə və müalicədən əlavə tetris oynamağın faydalı olduğunu bildiriblər. Tetris xaricindəki kompüter oyunlarının da müalicədə təsirli ola biləcəyi ifadə edilir.
Doktor Hess, iki göz arasındakı koordinasiyanı artıran oyunların "gözü bağlamaqdan çox daha yaxşı, əyləncəli və işə yarayan bir müalicə üsulu" olduğunu söyləyib.


Tarix: 09.01.2015 / 10:49 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar