beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokolad yeyən bir il çox yaşayır

Türkiyə mətbuatında yayılan məlumatda, nizamlı olaraq şokolad və kakao istifadə edən insanların 1 il daha çox yaşadıqları iddia edilir. Həmçinin şokoladın və kakaonun xoşbəxtlik hormonu olan serotonin, kef və enerji verən feniletilamin və endorfin ifraz etdiyi məlumatlarda öz əksini tapır.
Sağlam və uzun yaşamanın sirri yediyimiz qidalarda gizlidir. Beyini qüvvətləndirmək və bədənin gücünü artırmaq, ömrü uzatmaq üçün bol antioksidant məzmunlu qidalardan istifadə etmək lazımdır.
Xüsusilə balıq, spanaq və çiyələk antioksidantlar baxımından çox zəngin qidalardır. Bunların yanında çay, qəhvə, kakao və şokolad da, yaddaşı gücləndirən, diqqəti artıran çox güclü qidalar hesab olunur. Çayın eyni zamanda iflic xəstəliyinin inkişafını və Alzheimeri önlədiyi elmi araşdırmalarla sübut edilib.
Tək mənfi nöqtə bədənə kalori alınmasıdır. Şəkər xəstəliyi olanların və çəki problemi yaşayanların diqqətli olması məlumatda bildirilir.
Çayı şəkərlə deyil şokoladla için. Bu beyin və bədən sağlamlığınız üçün möhtəşəm bir qarışıq olacaq.
Eyni zamanda da həm şəkərin mənfi təsirlərindən qorunmuş, həm də çox güclü antioksidant almış olarsınız.


Tarix: 09.01.2015 / 10:52 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Məlumatlar