beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İspaniya cərrahları xəstəyə 2 ayaq tikdi

"Fox News" - un verdiyi məlumata görə, tibb tarixində ilk dəfə olaraq, pasiyentə 2 ayaq tikilib. Əməliyyat 7 saatdan artıq davam edib.

Dünya mütəxəssisləri bunu tibb elmində böyük sıçrayış sayırlar. Bu, dünyada ayaqları olmayan saysız-hesabsız insana bu bəladan qurtulmaq imkanı verə bilər.

Amma əməliyyat uğurlu keçsə də, pasiyentin orqanizminin yeni ayaqları "qəbul" edib-etməyəcəyi hələ bilinmir.

Bu, qarşıdakı günlərdə bəlli olacaq: "Onu çox uzun müddətli və çətin bərpa dövrü gözləyir".


Tarix: 09.01.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqlı Məlumatlar