beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ata olmaq ürəyə faydalıdır

Uşaq sahibi olan kişilərdə ürək xəstəliklərinə yaxalanma riski azdır.
Övladı olan kişilərin ürək xəstəliklərindən ölmək riski aşağıdır. ABŞ-da aparılan araşdırmanın nəticələri belə deməyə əsas verir. 138 min kişinin törəmə və ölüm səviyyəsi üzərində aparılan araşdırmada ata olan kişilərin olmayanlara nisbətən ürəklə bağlı xəstəliklərə yaxalanmaq riskinin daha aşağı olduğu üzə çıxıb.
Ölüm səviyyəsində fərq olmasa da, xəstəlik riski bu zaman 17 faiz azalmış olur.

Bunun səbəbi isə uşaqların ataların özlərinə daha yaxşı baxmasına kömək etməsidir. Bundan başqa uşağın olması genetik sağlamlıq baxımından da önəmlidir.

Qeyd edək ki, daha öncə aparılan araşdırmalar evlilik, çoxlu sayda dost və ya köpək sahibi olmağın ürək xəstəliklərinə tutulma riskini azaltdığını ortaya çıxarmışdı.


Tarix: 09.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar