Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim bəxtəvərdir: savadlı, yoxsa savadsız?

Zəka və bilik səviyyələri aşağı olan insanların biçarə, bədbəxt və depressiya vəziyyətində olma şansı ağıllılardan daha çoxdur.
"Psychological Medicine" bildirir ki, London Kral Kolleci və "Adult Psychiatric Morbity Survey in England"ın birgə araşdırmaları zamanı alimlər bilik və zəka qabiliyyətinin insan həyatında daha az gəlir, yoxsulluq, müxtəlif problemlər, gündəlik yaşamda məşəqqətlər, başqalarının yardımlarına ehtiyac duymağa səbəb olur.

Bütün bunları yaşayan insan, çətin ki, özünü bəxtəvər saysın.

6700 nəfərin qatıldığı anonim sorğu və sonrakı eksperimentdə könüllülərə özlərini bəxtəvər hiss edib-etmədikləri barədə suallar verilib.

"Özümü yaxşı, bəxtəvər hiss edirəm" deyənlərin 43 faizinin İQ səviyyəsi 120-129 arasında olub.
"Özümü çox pis, bədbəxt hiss edirəm" deyənlərin 79 faizinin İQ səviyyəsi 79-dan artıq olmayıb.

Tədqiqatın rəhbəri, professor Ancela Hassutisin dediyinə görə, yoxsul ailələrdə böyüyən uşaqların sonradan cəmiyyətin üst qatlarında yer tutmaları çox çətin olur.
"Bu səbəbdən də savadsız insanlara dəstək verilməlidir", - Hassutis bildirib.


Tarix: 09.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqlı Məlumatlar
loading...