beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağı olanlar uzun ömürlü olur

Danimarkada 1994 – 2005 ci illər arasında doğum klinikalarına müraciət edən 21 min adam ilə görüşülərək reallaşdırılan tədqiqat; həyatın sevinc qaynağı hesab olan uşaqların eyni zamanda daha sağlam bir ömür sürməsi üçün də əhəmiyyətli bir addım olmuşdur.
Danimarkada aparılan bir tədqiqata görə uşaqlı ailələrin digər ailələrə nisbətən daha uzun yaşadığı ortaya çıxıb. Arhus Universiteti tərəfindən aparılan başqa bir araşdırmaya görə, heç uşağı olmayan qadınlar arasındakı ölüm nisbəti uşaqlı qadınlardan 4 qat daha çox olarkən uşaqsız kişilərin ölüm nisbəti də uşaqlı kişilərdən 2 qat daha çox olmuşdur.
Tədqiqatda iştirak edən Prof. Esber Agerbo, uşaqların həyata bir çox mənada keyfiyyət gətirdiyini söyləmişdir. "Uşaq sahibi olmayan kişilər, uşaq sahibi olanlara nəzərən daha çox xəstələnir, spirt və narkotik kimi sağlamlıq üçün zərərli olan maddələrdən istifadə edirlər. Bu da təbii olaraq ölüm nisbətini artırır deyə öz fikrini ifadə edib.
Tədqiqatlar ayrıca olaraq uşaqların valideynlərin ruhi sağlamlığı üzərində mənfi təsir edib etmədiyi məsələlərini tədqiq etdiklərini ifadə edən Professor Agerbo, "Uşaqların ailələri hövsələdən çıxardığı və psixologiyalarına zərər verdiyinə dair bir tapıntıya rast gəlmədiklərini" bildirib.


Tarix: 09.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Məlumatlar