beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan xasiyyətini yumurtanın yeyilmə formasına görə bilmək olar

"Daily Mail" qəzeti maraqlı və olduqca dərkedici elmi işin nəticələrini dərc edib. Birincisi, aydın olub ki, yumurta və insanların xasiyyəti bir-biri ilə əlaqəlidir. İkincisi, sən demə yumurtaya görə konkret insanın xasiyyətinin xüsusiyyətlərini müəyyən etmək olar. Bunun üçün sadəcə onun yumurtanı hansı görkəmdə yeməyi xoşlamasını bilmək lazımdır.

Araşdırmaçı yumurta istehsalçılarının Britanıya şurasına (British Egg Industry Council) insanların özlərinə görə ağız dadını aydınlaşdırmağı sifariş verib. İcraçılar - Mindlab International elmi mərkəzindən olan britaniyalı psixoloqlar 1000 nəfərdən çox istehlakçı arasında sorğu keçiriblər. Onlardan nəinki yumurta haqqında, eyni zamanda ailələri, peşələri, sosial mövqeləri haqda soruşublar. Alimlər bunun ardınca cavabların mürəkkəb statistik işləməsilə məşğul olublar. Yekunda maraqlı nəticəyə gəliblər.

Məlumdur ki, yumurtanı böyük hesabla ən azı beş müxtəlif üsulla hazırlamaq olar: qabığında qaynadılmış yumurta, qabığsız qaynadılmış - əzilmiş yumurta (yumurta-paşotu), qızardılmış qayğanaq, omlet və südlü qayğanaq. Hər reseptin öz həvəskarları var, hansı ki onu başqalarına da məsləhət görürlər.

Statistik analizlər göstərib ki, əsasən qaynadılmış yumurta yeyənlər dağınıq, qayğısız, impulsiv və boşanma riskinə meyilli olurlar.
Əzilmiş yumurta sevənlər yaxşı ailə başçısıdırlar, ən azı 2 uşaq sahibidirlər və bununla belə xoşbəxtdirlər, ünsiyyətcil və mehribandırlar.

Qayğanaq pərəstişkarları arasında çoxlu seksual qayğıları var, və yaxud da onlarda həyəcanlanma yüksəkdir. Bu insanlar tez-tez peşəkar yüksəklik əldə edirlər.

Əgər insan həddindən artıq südlü qayğanaq sevirsə, o zaman o, ehtiyatlıdır. Və uşaq sahibi olmağa can atmır.

Omleti evlərində hər şeydən çox səliqə-səhmana üstünlük verən məsuliyyətli və səliqəli insanlar seçir.

Təəssüflər olsun ki, araşdırmaçılar bərk bişirilmiş yumurta sevənlərlə ilıq bişirilmiş yumurta sevənlərin hansı xüsusiyyətlərlə fərqləndiyini deməyiblər.
Axı göründüyü kimi fərq mütləq olamıdır.

Qeyd edək ki, 12 oktyabr Ümumdünya Yumurta günüdür (World Egg Day)


Tarix: 09.01.2015 / 11:22 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar