Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşıqla müalicə

Qədim Çində yarandığı bildirilən və helioterapiya adı verilən bu müalicə üsulunun min illik tarixə malik olduğu deyilir.
Qədim Romada və Orta Asiyada yaşayan insanlar da bu üsuldan bəhrələniblər.
Əbəs yerə demirlər ki, günəş başlıca şəfa qaynağıdır. Günəş şüaları həmçinin orqanizm sümüklər üçün faydalı olan D vitaminini və stresi aradan qaldıran serotonin yaranmasını stimullaşdırdığı bildirilir. Göz üçün günəş işığı parlaq olmayan axşama yaxın ideal sayılır. Buna görə də yayda günəş qürub edərkən açıq havada gəzmək yaxşıdır. Bu zaman gün ərzində yorulmuş gözlər dincəlir.
Əsas şəfaverici sayılan günəşin bizə nə qədər lazım olduğunu hər an hiss edirik. Amma unutmaq olmaz ki, hər şey qədərində olanda yaxşı olur.
Günəş şüalarından qədərindən çox istifadə düzgün hesab olunmur.
Günəş şüaları çatışmadıqda isə təkcə rahatlıq deyil, həm də sağlamlıq gətirən vasitələrlə əvəzləndiyi bildirilir. Bunun üçün işıqla müalicə vasitələrinin birində pasienti adi lampa ilə müqaisədə daha böyük intensivliklə işıq buraxan xüsusi konstruksiyalı qutunun qarşısında əyləşdirirlər. Mövsümlə əlaqədar xəstəliklərə düçar olanlara və qışda yuxusuzluq, depressiyadan əziyət çəkənlərə bu cür prosedurlar kömək edir. Rəngli işıqların əhəmiyyətli olduğu da bildirilir. Belə ki, xalq təbabətində səslər, bitkilər, ətirlərlə müalicə ilə yanaşı, rəngli işıqlarla müalicə də öz yerini tapıb. Bu müalicə metodunun daha məşhur olduğu bildirilir. Bu metod hər bir rəngin özünəməxsus informasiya daşıyan şüalanmaya malik olmasına əsaslanır. Müəyyən daxili orqana işıqla təsir göstərməklə onu sağaltmaq, fəaliyyətini normallaşdırmaq, güc və qüvvəsini bərpa etməyin mümkün olduğu bildirilir.
Rənglər hüceyrələrin elektromaqnit sahəsinə birbaşa təsir etmək imkanına malikdir. Bu baxımdan müalicə prosesində işığın rolu əhəmiyyətli hesab olunur.


Tarix: 09.01.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Məlumatlar
loading...