Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan saf spirtin sayəsində sağ qalıb

Hamı üçün məlumdur ki, müntəzəm olaraq spirt, araq qəbul etmək insan həyatı üçün çox təhlükəlidir. Spirtin yüksək dozada qəbulu həddindən artıq zərərli hesab olunur. Lakin tibb sahəsində spirtdən geniş istifadə olunur.

MIG news saytının verdiyi məlumata görə Böyük Britaniyada yaşayan şəhər sakini Ronald Eldomu Bristol həkimləri spirt inyeksiyası vasitəsilə xilas ediblər.
Britaniya sakini Ronald Eldom ürək döyünməsi, tez-tez sinə ağrıları və nəfəs darlığı xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklər son nəticədə ürəyin dayanmasına və ya ürək çatışmamazlığına gətirib çıxarır. Bu səbəbdən həkimlər 77 yaşlı kişinin müalicəsi ilə ciddi məşğul olmuşlar, lakin gözlənilən irəliləyişləri müşahidə etməmişlər.

Ona görə də həkimlər qərar qəbul ediblər ki, ürək əzələ hissəsini aradan qaldırmaq üçün xəstənin arteriya damarlarına təmiz etanol daxil etsinlər ki, infarktın olmamasına kömək etsin. Məlumata görə həkimlərin keçirdiyi əməliyyat nəticəsində xəstənin həyatı xilas olub. Bu əməliyyatlar çox nadir hallarda Avropada aparılır. Son illərdə bu əməliyyat azı on dəfə aparılıb. Həkimlər Eldomu çox şanslı adam adlandırırlar.


Tarix: 09.01.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Məlumatlar
loading...