beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikanın Los Anglesdə şəhərində də elektron siqaret qadağan ediləcək

Dünya Sağlamlıq Təşkilatının məlumatına əsasən ciddi xəstəliklərə səbəb olan siqaret, daha çox qadınlara mənfi təsir göstərir.
Bu səbəbdən 1970-ci ildən Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinə, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə qarşı mübarizədə siqareti məhdudlaşdırmağın vacibliyini qeyd edib. Dünyanın bütün səhiyyə orqanlarına müraciət edərək, bu problemin həlli üçün lazımi tədbirlərin görülməsini istəyib. Bu müraciətdən sonra dünyanın bir çox ölkələrində siqaretə qarşı təbliğat kampaniyaları güclənmişdir. Bəzi dövlətlərdə isə mövcud qanunvericiliyə əsasən siqaret istifadəsinin təhsil, idman, səhiyyə və mədəniyyət müəssisələrində çəkilməsi və satışı qadağan edilmişdir.
Aparılan işlərdə daha çox inkişaf etmiş ölkələr aktivlik göstərmişdir. Siqaretin zərərləri haqqında təbliğat aparan ölkələrdən biri ABŞ-dır.
Məlumata görə Amerikanın Los Angles şəhərində elektron siqaretdən istifadə edənlər barəsində xüsusi qanun qəbul ediləcək. Şəhər Şurası, artıq cəmiyyətə açıq sahələrdə elektron siqaret istifadəsini qadağan edən layihəni yekdilliklə qəbul edib. Siqaret narkomanları arasında "vaping" olaraq bilinən elektron siqaret, layihəyə uyğun olaraq New York, Boston və Çikaqo bölgələrindən sonra Los Angeles şəhərində də qadağan ediləcək.
Şəhər Şurası tərəfindən qəbul edilən qanunun, Bələdiyyə Başçısı Eric Garcetti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəyi bildirilir.
Elektron siqaret istehsalçıları isə gerçək siqaretə alternativ olaraq çıxarılan bu siqaret növündə tüstünün zərərli olduğuna aid dəlilin olmadığını qeyd edib.
Ancaq aparılan tədqiqatlardan məlum olub ki, siqareti buraxma üsullarından biri kimi görülən və batareya ilə işləyən elektron siqaretdə maye nikotini var.
Bu səbəbdən Şəhər Şurası, insanların sağlamlığını qorumaq və tənzimləmək məqsədi ilə cəmiyyətə açıq olan sahələrdə "elektron siqaretdən istifadənin" qadağası haqqında qanun qəbul edib.


Tarix: 08.01.2015 / 16:22 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Məlumatlar