beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeyri-adi əməliyyat: Həkim qadına saçlarından qaş qoyub

Böyük Britaniyada həkimlər qeyri-adi transplantasiya əməliyyatı reallaşdırıblar. Belə ki, 9 il normadan artıq stress nəticəsində qaşlarını yonan qadına öz saçlarında yeni qaşlar əkiblər. Məlumata görə, bu üsulu Mançestrdəki xəstəxanaların birində çalışan Əzim Şaxmalak adlı həkim həyata keçirib.
Həkimin sözlərinə görə, qadının qaşlarını yenidən bərpa etmək üçün başlanan əməliyyat 4 saat davam edib. Pasiyent elə həmin gün evə buraxılıb.

Ən maraqlısı isə odur ki, indi qadının qaşlarının yerinə əkilən saçları təbii şəkildə uzanır. Ona görə də o, qaşlarını mütəmadi olaraq kəsdirir və düzləşdirir. Artıq qaşların xətti özü yerinə oturub.

Britaniyalı həkimlər deyir ki, bu texnologiyadan qoyma kipriklər nəticəsində onları itirən qadınlar, eləcə də yanğın və yol nəqliyyatından xəsarət alanlar da istifadə edə bilərlər. Çünki qoyma kiprikləri çıxararkən yapışqan özü ilə təbii kiprikləri də çıxarır.


Tarix: 09.01.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar