beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyin mayesi burnundan gəldi

ABŞ-da qəribə hadisə baş verib. Amerika mətbuatının verdiyi məlumata görə, Arizona ştatında yaşayan Coe Naqinin 18 ay dayanmadan burnundan maye gəlib. Burnunu çəkərək yaşamaqdan təngə gələn kişi uzun müddətdən sonra həkimə müraciət etməyə qərar verib.
İlkin müayinədən sonra əldə edilən nəticələr hətta həkimlərin özlərini belə şoka salıb.
Sən demə, burundan gələn maye heç də hər hansısa allergik reaksiyanın təsiri yox, beyin mayesi olub.

Naqi dərhal əməliyyat edilib və beyin zərindəki dəlik aradan qaldırılıb.
Əməliyyatı gerçəkləşdirən həkimlərin sözlərinə görə, insan beyni gündə 340 qram maye istehsal edir. Bu maye beynin qurumasına mane olur.
Başa alınan sərt zərbələr beyin zərinin deşilərək mayenin burundan axmasına səbəb ola bilər.


Tarix: 08.01.2015 / 17:57 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Məlumatlar