beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt ailə həyatının vacib nöqtələri

Sağlam ailə həyatının məğzini başa düşmək üçün bütöv bir həyat yaşamaq lazımdır. Gənc ailə həyatında çətinliklər və uğursuzluqlarla qarşılaşanlar zamanla ailədə mövcud olan sevgi və romantikanı itirmiş olurlar.
Əvvəla onu qeyd etmək lazımdır ki, cütlərdən hər biri qarşı tərəfin xoşbəxtliyi üçün əlindən gələni etməlidir. Unutmaq lazım deyil ki, məhəbbətlə birləşən ürəklər əvvəllər görə bilmədikləri müsbət keyfiyyətləri üzə çıxarır. Bu baxımdan ailə qurmamışdan əvvəl gənclər sağlam ailə həyatının önəmli nöqtələrini bilməlidirlər. Həmin cəhətlərə ailədə sevgi, məhəbbət və qarşılıqlı hörmət kimi önəmli mövzularda tarazlığı qorumaq, qarşılıqlı əlaqələrdə səhvə yol verməmək, ortaq fəaliyyətlərlə məşğul olmaq, fədakarlıq, aktiv cinsi həyat, yoldaşlarına laqeyd olmamaq və s. daxildir.
Tarazlıq. Bəzi hallarda elə cütlərə rast gəlinir ki, onlar bir-birləri üzərində nüfuz təmin etməyə çalışırlar. Ancaq bu olduqca səhvdir. Çünki zamanla nüfuzun təzyiqini hiss edən tərəf azadlığına həsrət duyar və sevdiyi insandan uzaqlaşmağa başlar. Buna görə qarşılıqlı olaraq hörmət, sevgi və güc tarazlığını təmin etmək lazımdır.
Qarşılıqlı əlaqə. Səhv bir davranışı ilk əvvəl danışmaqla həll etməyə səy göstərin. Daha sonra ona bir az zaman verərək düşünməsini təmin edin. Beləliklə qısa müddətdə uzlaşma yarana bilər.
Ortaq fəaliyyətlərlə məşğul olmaq. Əlaqənizi monotonluqdan qurtarıb daha əvvəl tək başınıza etdiyiniz və ya heç təcrübə etmədiyiniz fəaliyyətləri birlikdə yerinə yetirin. Beləcə həm gözəl zaman keçirə, həm də paylaşma sahələrinizi artırmış olarsınız.
Aktiv cinsi həyat. Mütəxəssislər nizamlı seks həyatı olan cütlərin həm daha sağlam həm də daha xoşbəxt olduqlarını söyləyirlər. Əgər münasibətlərdə soyuqluq hiss edirsinizsə seks-lə məşğul olmağa üstünlük verin.
Fədakarlıq. Əlaqələrdə qarşılıqlı fədakarlıq əhəmiyyətlidir. Subaylıq dövrünü geridə buraxıb "eqosentrik" davranmaq yerinə yola gedən olmaq lazımdır. Fədakarlıq göstərmək əlaqənin daha uzun sürməsinə və problemlərin aradan qalxmasına vəsilə olacaq.
Yoldaşlarınıza laqeyd yanaşmayın. Qurulan yoldaşlıqlar evlilik müddətində laqeyd münasibətlərə səbəb olmamalı əksinə hər iki tərəfin fərqli mühitlərinə hörmət edilməlidir.


Tarix: 08.01.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqlı Məlumatlar