beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Epikurçuluq

Fəlsəfi istiqamət kimi epikurçuluğun əsası məşhur yunan materialisti Epikur (b. er. əv. 341– 270) tərəfindən qoyulmuşdur. Epikur Afinada «Epikur bağı» adlı məktəbini yaratmışdır. Onun təlimində başlıca yer xoşbəxtliyə aparan davranış etikasıdır. Söhbət cəmiyyətdən deyil, ayrıca fərddən gedir. İctimai ittifaq ali məqsəd deyil, fərdin xoşbəxtliyi üçün ancaq vasitədir. Epikurun etikası atomist naturfəlsəfəyə və materialist sensualizmə əsaslanmışdır; ancaq ayrı– ayrı atomların varlığı real sayılmış, onların bütün yaratdıqları (şeylər, kosmos)ikincidir, atomlar bağlamasıdır. Ancaq hiss etdiklərimiz həqiqidir, yalnız onlar bizi aldatmır. Stoiklərin etikasından fərqli olaraq epikurçuların etikası gedonik xarakter daşıyır (yunanca: gedone– zövq deməkdir). Epikurçular həzz deyil, kobud, heyvani ləzzət deyil, mənəvi sabitlik vəziyyəti zövqə, həzzə həyatın mənası xarakteri versələr də, bunu hissi (ataraksiya ) hesab edirdilər ki, ounu da yalnız müdriklər özündə yetişdirə bilərdilər. Bu da özlüyündə ölüm qorxusunu aradan qaldıra bilərdi. Epikura görə, bədənlə birlikdə insanın ruhu da ölür, çünki o da bədən kimi atomlardan ibarətdir. Ölümdən qorxmaq lazımdır. Çünki nə qədər ki, biz varıq o yoxdur. Ölüm gələndə isə olmayacağıq. Deməli nə dirilər, nə də ölülər üçün ölüm yoxdur.
Epikurun naturfəlsəfəsi qədim Yunanistanın atomist fəlsəfəsinin inkişafının ən yüksək fəlsəfəsidir.
Böyük yunan aliminin fikrincə, məkan, zaman və hərəkət obyektiv, əbədi və sonsuzdur. Bütün boşluqlarda atomlar mövcuddur. Alimə görə, allahlar mövcud və əbədi olub dünyanın işlərinə qarışmırlar. Epikur zərurət çərçivəsində azadlığın tapılmasını mümkün hesab edir. Belə bir orijinal fikrə gəlir ki, atomların hərəkəti zərurətə tabe olsa da, daxili xassələrlə– ağırlıqla (və digər xassələrlə) şərtlənir. Ona görə də atomların öz yolundan çıxması imkanı da vardır. Atomların öz hərəkəti ideyasına əsaslanan Epikur onu insan azadlığının zəruri şərti kimi şərh etmişdir.
Epikurun adamların tələbatı və arzuları haqqındakı fikirləri də maraqlıdır. Üç arzu növü var: 1) təbii və ya həyat üçün zəruri olanlar; 2) təbii, lakin həyat üçün zəruri olmayanlar; 3) həyat üçün zəruri və təbii olmayanlar. Müdrik adam yalnız birinciyə meyl edir və qalanlara nəzər salmır. Bu nəzər salmamağın nəticəsi ruhun tam sakitliyidir ki, bu da filosofun xoşbəxtliyidir.
Ümumiyyətlə, Epikurun təlimi qədim yunan fəlsəfəsinin sonuncu və böyük materialist məktəbi olmuşudr.
Bizim eranın əvvəlində dinə meyl gücləndiyindən dini təlim və kultlar geniş yayılmağa başladı ki, bu da imperiyada özü üçün əlverişli zəmin tapa bilirdi. Zamanın tələblərinə cavab verən fəlsəfə dini fəlsəfəyə çevrildi. Antik fəlsəfənin ideyaları və təlimləri öz inkişafını başa çatdırdılar. Bütün bunlara baxmayaraq qədim yunan fəlsəfəsi elə mühüm problemləri ortaya atdı ki, onun həlli ilə bəşəriyyətin sonrakı fikir tarixi məşğul olmağa başladı. Lakin xristian dünyası və fəlsəfəsinin antik fəlsəfə və filosoflarına mənfi münasibətini də qeyd etməyi özümüzə borc bilirik. Bunu gənc yunan filosofu, qadın olmasına baxmayaraq, əzmkar, öz ideyasını sona qədər müdafiə etməyi bacaran İpatiyanın timsalanda göstərə bilərik. Gənc yunan qızı özünün antik fəlsəfə haqqında mühazirələri ilə məşhur idi. O, yunan mütəfəkkirlərinin təlimlərini yaxşı bildiyindən onları xristian məddahlarının mülahizələrinə qarşı qoyurdu. Xristian ruhaniləri onun mühazirələrinə gedir. İpatiyaya dolaşıq suallar verirdilər. Lakin İskəndəriyyəli riyaziyyatçı məşhur Timeonun qızı bütün suallara cavab verir, xristian mübəlliğlərinin özlərini dolaşdırırdı. Böyük şöhrət qazanmış İpatiya haqqında ruhanilik bütpərəst kimi ağlagəlməz şeylər uydururdular. Nəticədə fanatiklər kütləsi onu daşa basaraq öldürdü və bədənini isə tonqalda yandırdılar. Bu hadisə bizim eranın 415– ci ilində İskəndəriyyədə baş vermişdi. Özgə cür düşünənlərə qarşı belə barbar üsullarla hərəkət edən xristian mədəniyyəti tarix səhnəsinə bu cür daxil olurdu.

Sensualizm– idrakın yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərəyan.
Gedonizm– həyatın zövq və səfa üçün yarandığını iddia edən qədim yunan əxlaq nəzəriyyəsi.
Ataraksiya– ruhun tam sakitliyi deməkdir.


Tarix: 09.12.2014 / 13:49 Müəllif: Aziza Baxılıb: 148 Bölmə: Fəlsəfə