Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müasir dövrün sosial-qlobal problemləri

Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.
«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:
a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən;
b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən;
v) ümumbəşəri, planetar, beynəlxalq səciyyə daşıyan.
İkinci mövqeyə görə «qlobal problemlər» müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır:
a) o hadisələr «qlobal» xarakter daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;
b) onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə toxunurlar;
v) onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək sosial-təbii və biososial mahiyyət daşıyırlar;
q) onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir.
Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar:
a) planetar bəşəri təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: - müharibə və sülh probemi, hərbiləşmə, iqtisadi fəlakətlər və s.
b) planetar təbii təhlükə doğuran qlobal problemlər: - təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsi;
v) əhali artımı və mənəvi tənəzüllə bağlı meydana çıxan demoqrafik-mənəvi qlobal problemlər: - əhalinin surətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi.
Müasir qlobal problemlərin müəyyən qismi təbiət – cəmiyyət, təbiət – insan qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqların pozulması nəticəsində baş vermişdir. Bunları müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış «ekoloji böhran» adlandırmaq olar: təbiət, su, torpaq getdikcə daha böyük surətlə çirklənir, insan öz mövcudluğunu təhlkə altına alır.
Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü formalaşması zərurəti meydana çıxmışdır. F.Engels «Təbiətin dialektikası» əsərində dəfələrlə qeyd edirdi ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqları öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir.
Gələcək cəmiyyət inkişafının proqnozlaşdırılması problemi də xoşbəxt gələcəyi qabaqgörənlik biliyi ilə potensial imkanları qeyd etmək olar. Elmi qabqgörənlik və sosial proqnozlaşdırma metodundan da istifadə olunur. Onlardan ən ümumiləri bunlardır:

ektrapolyasiya - müəyyən bir sahəyə, dövrə aid olan hadisələri, qanunları başqa bir sahəyə aid edilməsi;
tarixi analogiya;
kompüter modelləşdirilməsi;
gələcəyin ssenarisi;
eksperiment qiymətləndirilmə və s.
Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə dörd əsas növə bölmək olar: axtarıcı; normativləşdirici; analitik; xəbərdaredici proqnozlar.


Tarix: 09.12.2014 / 13:33 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Fəlsəfə
loading...