beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmiyyətin sosial varlığı

«Sosiallıq» anlayışı Latınca-ictimailik, birgə yaşayış, vətəndaşlıq, cəmiyyət haqqında qarşılıqlı münasibət və vəzifələr yerinə yetirmək mənasını verir. Sosial fəlsəfə dedikdə-cəmiyyət, onun strükturu, hərəkətverici qüvvələri və qanunauyğunluqları haqqında elm başa düşülür. Sosial inkişafın inkişaf etmiş pilləsinə uyğun olaraq sosial strükturda mərkəzini (nüvəsini) insanın təşkil etdiyi etnik, demoqrafik, məsgən, peşə-təhsil və sinfi strükturları bir-birindən fərqləndirmək olar. Öz qarşılıqlı təsiri və məcmusunda cəmiyyətin sosial strükturu iki cür mənşəyə malikdir. Onlardan ikisi etnik və demoqrafik strükturlar öz mənşəyinə və köklərinə görə insanın bioloji təbiəti ilə bağlı olub biososial mahiyyət daşıyırlar. Digər üç strüktur isə, yəni məskən, sinfi və peşə-təhsil strükturları sözün tam mənasında sosialdırlar, üç əmək bölgüsü və xüsusilə də xüsusi mülkiyyətə keçidlə bilavasitə əlaqədar olduqlarından sivilizasiyalıdırlar. Bütövlükdə ictimai münasibətlərə əsasən, aşağıdakı münasibət qrupları daxildir:
1) Sosial-iqtisadi və bölgü münasibətləri (əməyə, mülkiyyətə, istehsala, mübadiləyə və onların bölüşdürülməsi);
2) Sosial-sinfi münasibətlər (siniflər, ictimai təbəqə və qruplar arasında qarşılıqlı münasibətlər);
3) Sosial-siyasi münasibətlər (cəmiyyət üzvlərinin dövlətə, qanunvericilik və icra hakimiyyətinə olan ifadəsi);
4) Sosial-demoqrafik münasibətlər (əhali qrupları münasibətlər ifadəsi);
5) Sosial-etnik və ya mənəvi münasibətlər (millətlər, xalqlar, etnik qruplar ifadəsi).
Fəlsəfə tarixində siniflərin əmələ gəlməsi haqqında müxtəlif baxış və nəzəriyyələr də olmuşdur. Burjua tədqiqatçıları A.Smit və D.Rikardoya görə siniflərin əmələ gəlməsinin əsas səbəbi gəlirin mənbəyidir. Zorakılıq nəzəriyyəsinə görə - sinif ona görə əmələ gəlmişdir ki, bir qrup əhali müharibə nəticəsində digər qrupu zorla əsir alıb istifadə edir. Təşkilat nəzəriyyəsinə görə - siniflərin əmələ gəlməsi insanların razılığa gələrək .üurlu surətdə təşkil edənlərə və təşkil olunanlara bölünməsidir. İctimai müqavilə nəzəriyyələrində siniflərin razılıq və ya müqavilə əsasında baş verdiyini iddia edirlər. Dini ilahiyyat təliminə görə siniflərin əmələ gəlməsi Allah iradəsini ifadə edir.
Sinfin bir sıra mühüm və qeyri-mühüm əlamətləri vardır. Həmin əlamətlər yaşayış və həyat şəraiti fərqlərindən, maddi təminat fərqlərindən, gəlirin çox və ya az olmasından, davranışlardan, geyimlərdən ibarət ola bilər.
Hər bir formasiyadakı sinifləri iki qrupa bölmək olar: əsas və qeyri-əsas siniflər.
Əsas siniflər müəyyən formasiyanın istehsal üsulunun doğurduğu, cəmiyyətin hərəkətverici ictimai qüvvələrini təşkil edir. Qeyri-əsas siniflər isə o siniflərə deyilir ki, onları mövcud istehsal üsulu döğurmamışdır.


Tarix: 09.12.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Fəlsəfə