Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XX əsr Qərb fəlsəfəsi

Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur.

«Neopozitivizm» cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri P.Karnap, A.Ayer, B.Rassel, L.Vitgensiteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm «hadisələri və faktları», daha doğrusu subyektin şüurundakı «hissi məlumatları» hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir. Bu cərəyanın digər prinsinol xüsusiyyəti «obyektiv fakt» və «elmi fakt» anlayışlarını eyniləşdirməsindədir.
Neopozitivizmin söz və ifadələrin müxtəlif «dil oyunları» kimi işlədilməsi üsullarının təsvirinə gəlib şıxması idrakın statusuna yenidən baxılması ilə nəticələndi. Neopozitivizmdə fəlsəfi və elmi sistemlər oyun xarakteri daşıyan dil törəmələrindən başqa bir şey deyildir.
Praqmatizm başlıca nümayəndələri Pirs, U.Cemis, C.Dyundir. ABŞ-da çox yayılmışdır. O, obyektiv aləmin dəyişkənliyi, faktını qeyd edir, lakin onu əsassız olaraq mütləqləşdirir.
Dyuiyə görə idrakın funksiyaları gerçək aləmin obyektlərinin surətini çıxartmaq deyil, gələcəkdə bu obyektlərlə daha səmərəli və faydalı münasibətlərin yaradılması yollarını müəyyən etməkdən ibarətdir. İnsanın vəzifəsi dünyada ən yaxşı yola düşməkdən ibarətdir, praqmatizmin vəzifəsi isə ona bu işdə kömək göstərməkdir.
Qərbdə çox dəbdə olan fəlsəfə cərəyanlarından biri «Ekzistensializm»-dir. Onun ən görkəmli nümayəndələri Almaniyada M.Haydeqqer, Fransada Q.Marsel, ABŞ-da Y.Barrerdir.
Ekzistensializmə görə fəlsəfənin vəzifəsi elmin problemləri ilə deyil, sırf insan varlığının məsələləri ilə məşqul olmaqdan ibarətdir. İnsan öz iradəsindən asılı olmayaraq bu dünyada, öz taleyinə atılmışdır və o, ona yad olan aləmdə yaşayır, onun varlığı hər tərəfdən sirrli işarələrlə, simvollarla əhatə olunmuşdur. Qorxu ekzistensializ fəlsəfəsinin ən mühüm anlayışıdır. Dünya mənasız və anlaşılmaz olduğu üçün daha da qorxuludur. İnsanlar «bir-biri» üçün pərdəsi altında bir-birinə qarşı hərəkət edirlər. Böhrandan çıxış yolunu ekzistensialistlər istimai münasibətlərin dəyişdirilməsində deyil, fərdi həyatda ünsiyyət «mənəvi aristokratiyanın» dair mühiti ilə məhdudlaşdırılmasında axtarırlar. Ekzistensializmin dini qanadı fərdi mövcudluğun faciəviliyini aradan qaldırmağın yolunu Allaha mistik ünsiyyətdə görürlər.
Burjua fəlsəfəsində dini-idealist cərəyan olan «personolizm» müəyyən nüfuz qazanmışdır. Nümayəndəsi N.Berdyayev.
Persionializm şəxsiyyəti ali mənəvi sərvət, bütün dünyanı isə «ali şəxsiyyətin»-Allahın fəallığının təzahürü hesab edir. Persionializm insanın dünyada orientasiyası vəzifəsini bütün mövcudatın və insan öradəsinin alı başlanğıcı olan Allah ilə əlaqələndirir.
Bir halda ki, şəxsiyyət gerçəkliklə düşmən münasibətdədir, həyat ondan başlanır ki, o, mühit ilə əlaqəni pozur: Şəxsiyyət özünə qapılmalıdır, «fikrini cəmləşdirməlidir».
Müasir dini fəlsəfənin mühüm cərəyanlarından biri, öz adını orta əsr ilahiyyatçısı Foma Akvinskinin adından götürmüş (J.Mariten, E.Jilson ) və kapolisizmin hökmran olduğu ölkələrdə geniş yayılmış «neotomizmdir». Bu bir-birinə tamamilə əks olunan inam və zəkanı, dini və elmi bütöv harmonik bir sistemdə birləşdirmək cəhdi ilə səciyyələnən obyektiv – idealist doktrinadır. Onların fikrincə dünya fövqəltəbii qüvvələrə tabedir. Elm yalnız təbii dünyanı, din isə ali, fövqəltəbii dünyanı dərk edir.
Onlar fəlsəfənin bütün tarixini yanılmalar silsiləsi hesab edərək dünyanın bütöv və nikbin konsepsiyasını yaratmaq iddiasındadır.


Tarix: 09.12.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Fəlsəfə
loading...