Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəlsəfədə varlıq və materiya problemi

Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində
sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən «var olmaq», «mövcud olmaq», «üzə şıxmaq», «reallıq» mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada:
1) Dar mənada şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
2) Geniş mənada materiya , şüur, ideyalar, hisslər, insanların fantaziyaları kimi işlədilir.
Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddı şeylər deyil, həm də ideal olanlar varlığa malıkdirlər.
Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan «həqiqi» varlıq «qeyri-həqiqi» varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.
Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çəxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağ imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.

Varlıq anlayışının konkretləşdirilməsi isə ilk növbədə materiya kateqoriyası vasitəsilə yerinə yetirilir. Materiya anlayışını fəlsəfəyə Platon gətirmişdir. Onun fikrincə, materiya istənilən həndəsi fiqur forması alan formasız, qeyri-müəyyən makandan ibarətdir.
materiya həmişçə mövcuddurMateriya insana öz duyğuları ilə bəlli olan, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızla əks olunan. surəti alınan, şəkli alınan, inikas edılən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır.
Materiyanın mövcudluq formalarından əsasən hərəkət, məkan və zamanı göstərmək olar. Hərəkət materiyanın atributu, onun mövcudluq üsulu olmaqla ümumiyyətlə dəyişiklik deməkdir.
F.Engels «Təbiətin dialektikası» əsərində hərəkətin beş əsas formasını bir-birindən fərqləndirir: (mexaniki, fiziki, kimyəvi, biıloji, sosial)
mexaniki hərəkətə - məkanca yerdəyişməni, kütlələrin hərəkətini;
fiziki hərəkətə - elektromaqnetizm, istilik, səs və s.
kimyəvi hərəkətə - maddələrin atom və molekullarının şevrilməsini;
bioloji hərəkətə - canlızülalı, maddələr mübadiləsini;
sosial hərəkətə - cəmiyyətdə baş verən dəyişiklikləri.
Məkan materiyanın strükturunu, uzunluğunu, yanaşı mövcud olmasını, müəyyən sıraya düzülməsini və o materiyanın varlıq formasıdır. Zaman isə maddı obyektlərin mövcud olmasının, sürəkliliyini, halların və vəziyyətlərin dəyişilmək ardıcıllığını ifadə edərək materiyanın atributu, varlığının forması kimi çıxış edir.


Tarix: 09.12.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Fəlsəfə
loading...