beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orta əsr Şərq fəlsəfəsi

Fəlsəfi fikir orta əsrlərdə Şərq ölkələrində də geniş surətdə inkişaf etmişdir. Bizansda görkəmli filosof İoann Damaskin fəlsəfənin 6 mühüm tərifini vermişdir:
1) fəlsəfə varlığın təbiəti haqqında bilikdir;
2) fəlsəfə ilahi və bəşəri işlər, yəni bütün gözə görünən və görünməyənlər haqqında bilikdir;
3) fəlsəfə ölümdə məşqlərdən ibarətdir;
4) fəlsəfə Allaha oxşamaqdan ibarətdir;
5) fəlsəfə bütün elm və incəsənətin başlanğıcıdır;
6) fəlsəfə hikmətsevərlikdən ibarətdir.
Həqiqi hikmət isə Allaha məhəbbət olduğundan, məhz o, əsil fəlsəfədən ibarətdir.
Şərq fəlsəfəsində geniş şöhrət tapmış mütəfəkkirlərdən Əl-Fərabini, İbn-Sinanı, İbn-Röşdünü xüsusilə qey etmək olar.
Əl-Fərabini ikinci Aristotel adlandırırdılar. O, idrak nəzəriyyəsi məsələlərindən danışarkən elmi ən böyük idrak vasitəsi adlandırmışdır. Onun fikrincə, elmlər nəzəri (məntiq və təbiət elmləri və metafizika) və əməli (etika və siyasət) elmlərə bölünürlər. O, məntiqi zəkanın əsası kimi qeyd etmişdir. Onun fikrincə, məntiq insan idrakının prinsiplərini izah etdiyi kimi, etika da insanın davranış qaydalarını göstərməlidir. Şərq aləmində Əl-Fərabinin davamşısı, öz dövrünün ensklopediyası, filosof və həkimlərin «knyaz»ı adlandırılan Buxaralı İbn-Sina olmuşdur. Onun fikrincə, dünya əbədi və məhvedilməzdir, onun heç nədən yaradılması ideyası cəfəngiyyatdan başqa bir şey deyildir. Onun fəlsəfəsinin ən orijinal hissəsi varlıq haqqında təlimdən ibarətdir. İbn-Sina iki varlığı nəzərdən keçirir: zəruri varlıq və mümkün varlıq.
Zəruri varlıq şəksiz varlıq olmaq etibarı ilə mənəvi mahiyyətdir. Mümkün varlıq isə maddi dünyadır. Onların arasındakı daimi əlaqə, təbiətlə ruhun əlaqəsinə oxşayır.
Azərbaycanda da fəlsəfi fikir şərq ideyasında meydana gəlib inkişaf etmişdir. Fəlsəfənin əsas sahəsi olan idealizm tuturdu. XI-əsrdə Azərbaycanda fəlsəfənin inkişafı Ə.Bəhmənyarın adı ilə bağlıdır. Onun bir sıra qiymətli əsərləri olmuşdur. Bunların içərisində «Təhsil kitabı» mühüm yer tutur. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölünür. O, əqli idrakı şeylərin mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırılmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş və onun vəzifələrinə geniş yer vermişdir. XII əsrdə Azərbaycanda fəlsəfi fikrin nümayəndələrindən biri Nizami Gəncəvi olmuşdur. O, idealist xarakterli olub, varlığın 4 ünsürdən ibarət olduğunu göstərmişdir (torpaq, su, hava, atəş). Onun fikrincə, allah dünyanı ilahi hökm ilə yaratmışdır. Onun dediyinə görə kainat həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru qurulmuşdur. Birinci hal allahın yaradıcılıq işi ilə, ikinci hal isə peyğəmbərin meracı ilə əlaqədardır.
XIII əsrdə yaşamış Azərbaycanın ən görkəmli ensiklopedik zəkalı alimi, filosofu Nəsrəddin Tusinin fəlsəfi görüşləri fikir tarixində mühüm yer tutur. Onun 30-dan çox əsəri olmuşdur. «Əxlaqi Nasiri» əsəri xüsusilə mühüm yer tutur. Nəsrəddin Tusi varlığa yüksək qiymət verərək onu zəruri və mümkün varlıq olmaqla iki yerə bölmüşdür. Onun fikrincə, zərurı varlıq Allah, mümkün varlıq isə gerçək aləmdir.
O «Əxlaqi Nasiri» əsərində əxlaqın saflaşdırılmasına həsr etmişdir. O, cəmiyyətlə insan və insanla cəmiyyət arasındakı münasibətləri də qeyd etmişdir.


Tarix: 09.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Fəlsəfə