Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəlsəfə, onun predmeti və cəmiyyətin mənəvi inkişafı

İnsan biliyinin ən mürəkkəb və şətin sahəsi olan fəlsəfənin anlayış mənşəyi yunan dilindəki sözlərinin birləşməsi ilə əlaqədardır. «Fileo»-(sevirəm) və «sofia» (hikmət). Cəm halda «hikməti sevənlər». Bu anlayışı ilk dəfə qədim yunan riyaziyyatçısı və filosofu Pifaqor (e.ə. 580-500) işlətmişdir. Lakin bu anlayış Avropa elminə Platonun adı ilə daxil olmuşdur.
Platon özünün «Akademiya» məşğələlərində fəlsəfənin əbədi və mütləq həqiqətin dərk edilməsi yollarını göstərən elm adlandırmışdır. Aristotel isə fəlsəfənin vəzifəsini dünyada, varlıqda ən ümumini dərk etməkdən; predmetini isə varlığın ilkin başlanğıcları və səbəblərini öyrənməkdən ibarət saymışdır. Fəlsəfənin nədən ibarət olması haqqında müxtəlif izahatlar, aforizmlər və təriflər göstərmək olar. Xüsusilə XIX - XX əsrlərdə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın münasibətinin ən ümumi prinsipləri haqqında elm kimi tərif verilmişdir.
Fəlsəfə - insanın gerçəkliyə münasibətini ümumiləşmiş şəkildə əks etdirən ideyalar, prinsiplər və qanunauyğunluqlar haqqında, təbiətin, cəmiyyətin və təfəkkürün mövcudluğu və ən ümumi inkişaf qanunları haqqında elmdir. Fəlsəfə digər elmlərdən öz şıxış nöqtəsinə görə deyil, mühüm məqsədi və nəticəsi mövcud olanlar haqqında qanunlardan, ən ümumi müddəalardan, nəzəriyyələrdən ibarət olmasına görə fərqlənir. Aristotel demişkən: hisslərdə olmayan heş bir şey təfəkkürdə yoxdur.
fəlsəfə düşünməyi sevirəm deməkdirFəlsəfi biliyin bütün hallarda ümumini öyrənməsi və tarixi inkişafin müxtəlif dövrlərində qarşıya qoyduğu və həll etdiyi problemlərdən, dünyaya baxışda formalaşan fəlsəfi «paradiqmalardan» (nümunə) ibarətdir. Onlar isə insanın dünyaya münasibətinin, dünyabaxışının inkişaf səviyyəsini, insane idrakının nailiyyətlərinin göstəricisi olmuş, ümumiyyətlə fəlsəfə mədəniyyətini aşkar etmişdir. Bu cür baxışların məcmusu dünyagörüşü anlayışında öz əksini tapır.
Dünyagörüşü insanın dünyaya münasibətində onun təbiət və cəmiyyətə, habelə özünə dair əldə etdiyi, nail olduğu duyğuların, təsəvvürlərin, qavrayışların, ideya və nəzəriyyələrin, əsas prinsiplərin məcmusundan təşkil olunmuşdur.
Dini dünyagörüşünün müxtəlif formalarında gerşəkliyin inikası və insanların təcrübəsi müxtəlif səviyyələrdədir. Onun əhval ruhiyyələr və hisslərdən ibarət olan emosional psixoloji tərəfi dünya duyumunu və ya dünyanın seyr edilməsini təşkil edir. Dünyagörüşü özünün meydana gəlməsi və inkişafının tarixiliyinə, habelə dünyanın inikasının dərəcəsinə görə bir sıra tarixi formalardan ibarət olmuşdur. Onlardan mifoloji, dini, elmi və fəlsəfi dünyagörüşü tiplərini bir-birindən fərqləndirmək mümkündür.
Mifologiya (rəvayət) anlayışı dünyanın ilkin anlamaq üsulu olmaq etibarı ilə bütün xalqların mədəniyyətlərinin əsasını təşkil edən universal ictimai şüur forması olmuşdur.
Dini (pərəstiş) dünyanın bu dünyaya və o dünyaya (axirət) bolünərək ikiləşməsi vasitəsilə anlaşılmasından ibarətdir. Hər cür dini dünyagörüşünün əsasını bu və ya digər müxtəlifliyə malik olan fövqəltəbii qüvvələrə və onun dünyanın quruluşunda və insanların mövcud olmasında əsas rol oynamasına inam və ya etiqad təşkil edir.
Etiqad dini şüurun mövcud olması üsulu olmaqla onun xüsusi əhval-ruhiyyə, hiss - həyəcənlarda üzə çıxan daxili vəziyyətini göstərir. Etiqad və ya inamın xarici təzahürü bərqərqr olmuş ehkamlardan, mərasimlərdən və ayinlərdən ibarət olan sitayişdən ibarətdir. Dünyagörüşünün təbiəti mürəkkəbdir, o, strüktur etibarı ilə üç elementdən: - dini ideyalar və təsəvvürlərdən; dini hisslər və əhval – ruhiyyə tərzlərindən və dini fəaliyyət və ya ayinçilikdən təşkil olunmuşdur.
Fəlsəfədə ən mühüm problemlərdən biri onu əsl mahiyyət məxrəcinə gətirib çıxaran «azadlıq» problemidir.
Azadlıq dərk edilmiş zərurət olmaq etibarı ilə «insan - dünya» münasibətləri sistemində əbədi bir problemdir. Necə ki, insan və dünya mövcuddur, azadlıq da problem kimi, hər an, hər dəqiqə mövcud olacaqdır.


Tarix: 09.12.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Fəlsəfə
loading...