beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dialektikanın kateqoriyaları və qanunları

Varlığın ən ümumi universal əlaqələri kateqoriya (yunanca – mülahizə, müddəa deməkdir), anlayışında ifadə olunmuşdur. Onlar gerçəklik hadisələrinin, idrakın mühüm və ümumi xassələrini, tərəflərini əks etdirən əsas və ümumi anlayışlardır. Fəlsəfi kateqoriyalar məzmunu gerşəkliyin xassə, əlaqə və münasibətləri haqqında ümumiləşdirilmiş bilikdən ibarət olan fəlsəfənin əsas anlayışlarıdır. Hər bir obyektin idrakı onun xassələrinin öyrənilməsindən başlayır. Xassə predmetin digər predmetlərlə fərq və ya oxşarlığını şərtləndirən və onlarla qarşələqlə təsirdə təzahür edən tərəfdir. Predmetin xassələrinin məcmusu onun keyfiyyətini təşkil edir. Keyfiyyət müəyyənlikdir. Keyfiyyət müəyyənliyi ilk əvvəl hiss orqanları vasitəsilə qeydə alınır. Təfəkkürün qabiliyyəti nəticəsində müəyyən cismin nədən ibarət olmasını göstərən xassələrin sistemli məcmusundan təşkil olunan keyfiyyət kateqoriyası formalaşır.
Kəmiyyət predmetin miqdarca çoxluğu və ya xassələrin intensivliyi ilə xarakterizə olunan müəyyənliyidir.Aristotel kəmiyyətləri bölünən və fasiləsiz xassələrdən ibarətdir. Məsələn, ədəd və söz bölünəndir, xətt, səth, yer, zaman və məkan fasiləsizdir. Keyfiyyətsiz kəmiyyət, kəmiyyətsiz keyfiyyət yoxdur. Onların vəhdəti ölçüdə öz əksini tapır.
Mahiyyət və təzahürü xarakterizə edən kateqoriyalar onun məzmununu bu və ya digər tərəfdən aşkar edirlər. Mahiyyət obyektin daxili, təzahür isə xarici tərəfidir, mahiyyət müəyyən obyektlər şoxluğundakı ümumidir, təzahür təkcələrdə təzahür edir.
Məzmun obyektin bütün hissələrinin məcmusu, forma isə məzmunun daxili təşkili, məzmununun strükturudur. Məzmunu təşkil edən forma sayəsində obyekt keyfiyyət müəyyənliyinə malik olur. Səbəb obyektlər və ya onların tərəfləri arasındakı qarşılıqlı təsirdən, nəticə isə obyektlər və ya onların tərəflərinin dəyişilməsindən ibarətdir. Zərurət sabit, daxili, daimi fəaliyyət göstərən səbəblərdən törəyir. Təsadüf isə əsasən qeyri – sabit və qeyri – həmcins və qeyri – müəyyən xarici səbəblərdən törədiyindən, təzahür edir. İmkan müəyyən şəraitdə həyata keçə, gerçəkliyə çevrilə bilən, obyektiv qanunlara zidd olmayan nə varsa onların məcmusuna deyilir. Gerçəklik isə həyata keçmiş, baş tutmuş, realizə edilmiş imkanı nəzərdə tutulur. Dialektik materializmdə gerçəklik hər bir cism və hadisənin öz varlığını, öz gerçəkliyini nəzərdə tutur.
İmkanın gerçəkliyə çevrilməsində həlledici rolu oynayan amil obyektiv şəraitdir. Cəmiyyət hadisələrində şüurlu fəaliyyət göstərən insanların rolu zəruri şərtləndirilir.
Dialektikanın aşağıdakı qanunları mövcuddur:

1) Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.
Bu qanun gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir.
İnkişafın ən ümumi və obyektivliyi olan bu qanun - «öz hərəkətin», «öz inkişafın» mexanizmini, xarakterini,mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları, mərhələləri və s. haqqında qanunauyğunluqlarla silahlandırır. Bu da insanlarda nəzəri təfəkkürün inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir.
2) Əksliklərin vəhdəti və mübarizəsi qanunu.
Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini müəyyən edir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun mahiyyətini, inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün «eyniyyət», «fərqlilik», «ziddiyyət», «əkslik», «münaqişə» və s. anlayışlarının mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir. Bu anlayışları 2 mənada səciyyələndirmək olar:
1) «əkslik» gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi müəyyənlikdir;
2) «əkslik» ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür.
3) İnkarı inkar qanunu.
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. «inkar» terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, «inkar inkarı» bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. İnkarın anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir.
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.


Tarix: 09.12.2014 / 13:30 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Fəlsəfə