beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam fəlsəfəsi

İslam və ya müsəlmançılıq, 3 dünya dinlərindən biri olmaqla 7-ci əsrdə Ərəbistanda yaranmışdır. İslamın əsasını Məkkə qəbiləsi, Küreyştlərə mənsub haşimilər tayfasından olan Məhəmməd tərəfindən qoyulmuşdur.Müsəlman dini təliminin əsas mənbəyi «Quran» əzəli, yaradılmamış vəhy kimi başa düşülür. Dinin digər mənbəyi «Sünnə»dir (peyğəmbərin həyatından və fəaliyyətindən, nitqindən bəhs edən kitab). Sünnə mətnlər-hədislər toplusundan ibarətdir. İslamın ən mühüm prinsiplərindən biri qəti təkallahlıqdan ibarətdir və bu prinsipin islamda tam və şərtsiz xarakter daşıyır. Müsəlman dininin ən mühüm anlayışları bunlardır: «İslam», «Din», «İman».
Sözün geniş mənasında İslam Quran qanunlarının bərqərar olduğu və təsir etdiyi bütöv bir dünyanın əhatə olunmasıdır. İnsanların xilas olmağa doğru aparan din, allahın təsisatı olmaqla hər şeydən əvvəl allahın insan qarşısında qoyduğu vəzifələri, nəzərdə tutur.
Müsəlman ilahiyyatı dinə 3 əsas elementi daxil edir:
1) İslamın beş dayağı;
2) Etiqad, məzhəb (iman);
3) İltifat, xeyirxahlıq (ixsan).
İslamın beş dayağı bunlardır:
1) vahid allaha etiqad etmə (tofit) və Məhəmmədin peyğəmbərlik vəzifəsi;
2) gündəlik 5 dəfəlik ibadət (səlat);
3) ildə 1 dəfə ramazan ayında oructutma;
4) könüllü haqqalma sədəqəsi (zəkat);
5) Məkkəyə ziyarət (həcc).
«İman»-ilk növbədə öz etiqad obyekti barədə şəhdət kimi başa düşülür. İmanda 4 əsas etiqad predmeti göstərilir:
1) Vahid allah;
2) Onun elçiləri və yazıları (göstərişləri):-Quran, 5 peyğəmbər-elçi və yazıların adını çəkir;
3) Mələklər;
4) Ölümdən sonra dirilmə və axirət günü.
Bütövlükdə «din» daha ümumi anlayış olan «islam» anlayışınln bir tərkib hissəsi olmaqla, etiqadın, ilahiyyatın, dövlət-hüquq təsisatlarının və mədəni forma müəyyənliklərinin ayrılmaz birliyidir. İslam geniş yayıldığı ölkələrin mədəniyyətində dərin iz qoymuşdur. Artıq Mədinə dövlətində 3 əsas islam fənləri doğulur:
1) qiraət haqqında elm ( qirat) və Quranın izahı (təfsir);
2) hədislər haqqında elm;
3) hüquqşünaslıq (fiqh).
Quran qaydaları və qadağalardan qanunlar toplusu-şəriət yaranmışdır. Şəriət bir çox müsəlman dövlətlərinin qanunvericilik mənbələrindən biri olaraq qalır. Bütövlükdə islam mədəniyyəti tarixində 3 əsas mərhələ olmuşdur: ərəb, fars və türk mərhələləri. İslam aləminin ən səciyyəvi cəhətlərindən biri etiqadla ənənəvi həyat tərzi arasında olan bağlılıqdır.
İslamın dini fəlsəfəsinin ilk nəzəriyyəçiləri mötəzililər olmuşdur (ərəbcə uzaqlaşmaq, kənar durmaq). Mötəzililər islam dinində rassionalizm istiqamətli ilk teoloji sistemin yaradıcılarıdır. Onlar allahın təkliyini və onun saf mənəvi varlıq olduğunu təbliğ edirdilər. Quranı dini haqiqğt mənbəyi hesab edən mötəzililər eyni zamanda onu alleqorlik təfsirini mümkün hesab edir və rəvayətə kor-koranə riayət olunmasını rədd edirdilər.
8-ci əsrdə islamda bir mistik cərəyan meydana gəlmişdir. Bu cərəyan «sufizm» (ərəbcə-yun paltar) müasir İrak və Suriya ərazisində yayılmağa başlamışdır. Bütövlükdə sufizm üçün idealist metafizika ilə allaha tədricən yaxınlaşma, onun dərk edilməsinə, idrakına olan məhəbbət haqqında xüsusi asketik praktikanın uygunluğu xarakterikdir. Sufizm təliminin əsasları 9-cu əsrdə misirlilər və insanın əməlləri ilə onun allah qarşısında ali cəmiyyətə nail olmaq məqsədli məhrəm niyyətləri arasındakı qarşılıqlı əlaqə üzərində özünə nəzarət nəzəriyyəsinin yaradıcısı olan bağdadlı Mühasibi tərəfindən qoyulmuşdur. Bağdad məktəbinin nümayəndəsi olan Cüneyd ümummüsəlman dini qanun-şəriətin mistika yolunun birinci mərhələsi hesab edilməsi təkliyini verdi; ikinci mərhələ-təriqət sufilik yolu; üçüncü mərhələ-Allahda olan həqiqətin mistik dərk edilməsi mərhələsi.
Sufizmin digər banisi Əbu-Yəzid varlığın dərk edilməsinin üç dərəcələnmə (mən, sən, o, - özlülük) haqqında təlim yaratmışdır. 10-12-ci əsrlərdə təriqət haqqında sufilik təlimi tamamlanmış bir şəkil alır, mistik haqda «dayanmalar» haqqında, dərkedənlə dərk edilənin (allahın) qovuşması ilə tamamlanan həqiqi dərketmənin üç pilləsi haqqında müddəalar yaradılır.

XIII-XV əsrlərdə islamda, xüsusilə «şiəlikdə» yeni «Hurifilik» (hərflər sözündəndir) yaranır. XIV əsrin sonunda Azərbaycanda islam dini ehkamlarına və Teymurilərə qarşı yönəldilmiş dini-siyasi hərəkat-«hurifilik» yayılmağa başladı. Bu təlimin banisi Şeyx Fəzullah Cəlaləddin Nəimi idi. Bu təlim «məzdəkilik», «xürrəmilik» və «əxilik» hərəkatı ilə üzvi surətdə bağlı idi. Hurufilik Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümünü əsas götürürdü. Həmin təlimə əsasən insan öz varlığında olan ilahi ünsürü əxlaqi mənəvi təkamül yolu ilə inkişaf etdirir və allah dərəcəsinə yüksəlir, allah olur, onunla eyniyyət təşkil edir. Hurifilikdə allah eyni zamanda söz-kəlam şəklində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Məhəmməd peyğəmbərin nitqi 28 həfdə öz ifadəsini tapmışdır. Fəzlullah isə farsın 32 hərfini əsas götürmüşdür. Onun «Cavidnamə» əsəri 32 hərfdən bəhs edir. İnsanın üzündə anadangəlmə 7 xətt vardır: 2 qaş, 4 kiprik, 1 saç. Bunlar 4 ünsürdən, yəni su, od, torpaq, havadan əmələ gəlmişdir. Hurifilərə görə, Allahın yaratdığı dünya daim dövr edir. Onların fikrincə 2 yolla təzahür edir:

Allahın özünəbənzər yarandığı;
Allahın nitqində-Quranda;
Allahın insanda təzahürü insanın qurtuluşu pillələrindən ibarət 3 mərhələyə ayrılır:

Peyğəmbərlik (nöbüvvət);
İlahi himayədarlıq (vqlayət);
İlahililik (uluhiyyat);
Nəimi özünü 2-3 mərhələnin banisi hesab edir.


Tarix: 09.12.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 307 Bölmə: Fəlsəfə