Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elmi idrak, onun forma və metodları

İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara malikdir. Müasir elmin üç sosial funksiyası xüsusi qeyd edilir:

elmin mədəni – dünyagörüşü funksiyası;
elmin bilavasitə məhsuldar qüvvə olmasından irəli gələn funksiya;
elmin sosial qüvvə olmasından irəli gələn funksiyası.
Elmi idrakın mühüm formalarından biri problemdir. Problem isə elmi biliyin forması, köhnə bilikdən yeni biliyə keçıd formasıdır.
Elmi idrakın ən yüksək forması nəzəriyyədir. Nəzəriyyə - gerçəkliyin məyyən sahəsinə aid olan hadisələri təsvir və izah etməklə bu sahədə təzahür edən bilik sistemidir.
Metod yunan sözü olub - yol, tədqiqat, şərh üsulu mənasına uyğun gəlir. Metod məqsədə çatmaq – gerçəkliyin dərk olunmasına və dəyişməsinə nail olmaq üçün üsulların məcmusudur.
Elmi idrakın elepiriidrak metodlarından biri də müqayisədir. Müqayisə gerşəkliyin müəyyən sahəsinə daxil olan cisim və hadisələrin oxşar və fərqli cəhətlərini müəyyən etməyə imkan verən idraki üsuludur.
Elmi tədqiqatın tarixən geniş yayılmış metodlarından biri də eksperimentdir. Eksperiment latın sözü olub , sınaq, təcrübə mənasını verir. Eksperiment həmişə müşahidə ilə bağlı olur. Tarixdə ilk fikri eksperiment Qaliley tərəfindən təklif olunmuş və o, ətalət prinsipini bu eksperiment əsasında kəşf etmişdir.
Elmi idrakın elepirik – nəzəri metodları içərisində analiz və sintez xüsusi yer tutur. Analiz öz məzmunu etibarilə hər hansı tamı, yaxud mürəkkəb hadisəni fikrən öz tərkib hissələrinə, elementlərinə, əlaqələrinə ayırmaq və onlardan bəzilərini seçib götürmək üşün istifadə olunan üsul və qanunauyğunluqların məcmusudur. Sintez isə cismin ayrı – ayrı hissə və elementlərini fikrən bir tam halında birləşdirməyə imkan verən üsul və qanunauyğunluqların məcmusudur.
Əgər analız prosesındə konkretdən abstrakta, təkcədən ümumiyə, mürəkkəbdən sadəyə keçirsə, sintezin gedişində proses abstraktdan ümumiyə, konkretə, sadədən mürəkkəbə doğru cərəyan edir.
Analız və sintez bir-birindən ayrılıqda mövcud ola bilməz. Analizsiz sintez ola bilməz.
İdrak prosesində elektrik-nəzəri metodlardan induksiya və deduksiyanı göstərmək olar.
İnduksiya elə bir metoddur ki, onun vasitəsilə fikir nisbətən az ümumi müddəalardan daha çox müddəalara doğru hərəkət edir.
Deduksiya ümumi faktlardan xüsusiyə aparan əqli nəticə üsuludur.
Elmi tədqiqatın elektrik – nəzəri metodlarından modelləşmə, ideallaşdırma da xüsusi yer tutur.
Modelləşdirmə metodun mahiyyəti idrak obyektinin, orijinalın xüsusi surətdə düzəldilmiş modeliv əsasında onun xassələrini və əlaqələrini bərpa etməkdən ibarətdir. İdeallaşdırma isə həqiqətdə mövcud olmayan və yaradıla bilməyən obyektlərin fikrən quraşdırılmasıdır.


Tarix: 09.12.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Fəlsəfə
loading...