beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antik fəlsəfə

Antik fəlsəfənin meydana gəlməsi və formalaşmasında Elladanın fəlsəfəyə qədərki mifoloji şüurunun böyük rolu olmuşdur. O, isə Homer, Hesoid və fikirlərin mifologiyasında öz əksini tapmışdır. Onlardan birincisi aristokratik, ikincisi demokratik, üşüncüsü isə qul şüurunun təzahürlərindən ibarət olmuşdur. Qədim Yunan fəlsəfəsinin öyrənilməsində onu iki dövrə bölmək ənənəsi özünə yer etmişdir. Birinci dövr Sokrata qədərki filosofların yaradıcılığı, ikinci dövr isə Sokratdan sonrakı filosofların yaradıcılığı dövrüdür.
Antik fəlsəfənin təşəkkülündə «yeddi müdriklərin» böyük rolu olmuşdur. Onlar e.ə. VII əsrin sonu VI əsrin əvvəllərində yaşayıb yaratmışlar. Qədim Yunanıstanda fəlsəfi fakir e.ə. VI əsrdə meydana gələrək 3 (üç) mərhələdən ibarət olan inkişaf dövrü keçmişdir. Birinci dövr e.ə. VI əsrdən-V əsrə qədərki meydana gəlmə; ikinci dövr e.ə. V-IV əsrlərdə özünün yetkinlik və çiçəklənmə; üçüncü dövr e.ə. III-I əsrlərdə ellinizm və Roma respublikası dövründə tənəzzül mərhələsi Qədim Yunanıstanda ilk fəlsəfə məktəbi İoniya fəlsəfəsidir. Məhz burada «Coğrafi məkan» və iqlim şərait Yaxın şərq ölkələri ilə birbaşa təməsda olması. Orada Homer, Herodat və coğrafiyaçı Hekatay kimi görkəmli mütəfəkkirlər yetişmişdirlər.
qədim yunan filosofları Platon və AristotelQədim Yunanıstanda fəlsəfə ənənəsində e.ə. V əsrdə Afinada meydana gəlib formalaşan sofistlərin fəlsəfəsi mühüm yer tutmuşdur. Sofistikanın banisi Protaqor (481-441 e.ə.) olmuşdur. Onun fikrincə «insana həm mövcud olanların mövcud olduğuna görə, həm də mövcud olmayanların mövcud olmadıqlarına görə hər şeyin ölçüsüdür». Onun fikrincə bütün mühükimələr nisbidir, onda nə yalan, nə də həqiqət mövcuddur. Qədim Yunanıstanın görkəmli idealist filosoflarından Sokratı və Platonu göstərmək olar. Sokratın fikrincə, özünü dərk etmək bütün adamlar üçün ümumi olan keyfiyyətlər anlayışını tapmaqdan ibarətdir. Sokratın tələbəsi olmuş Platon Afinada Akademiya təşkil etmişdir. Onun fəlsəfə sistemi ontologiyadan, teologiyadan, kosmologiyadan, psixologiyadan, etika və sosiologiyadan ibarətdir. Platonunfikrincə, həqiqi varlıq nə isə ağılla dərk edilən və cisimsiz ideyalardan ibarətdir. Onun fikrincə bilik yalnız ideyaların öz aləmində seyr etməsini xatırlamaqdan ibarətdir. Bilik anadan gəlmədir və onu heç bir digər hissi qavrayış əvəz edə bilməz. Elladanın sonuncu filosofu Aristoteldir. O, Likey adlı fəlsəfə məktəbinin əsasını qoymuşdur. Onun əsərlərini səkkiz qrupa bölürlər: məntiq, ümumfəlsəfi, fiziki, bioloji, psixoloji, etnik, iqtisadi-siyasi və sənətşünaslıq Aristotelin əsas fəlsəfi əsəri «Metafizika»-dır (fizikadan sonra).
Aristotelin fəlsəfəsində materiyanın rolu yüksəkdir. Çünki təbiətdə mövcud olanların hamısı materiya və formadan ibarətdirlər. Materiyasız nə təbiət, nə də onun hadisələri mövcud ola bilməz. O, göstərir ki, mahiyyət hər şeydən əvvəl fikirdə, ikincisi isə müstəqil mövcud olmaq qabiliyyətində aşkar olunur.
Aristotelin məntiqə dair baxışları indi də öz əhəmiyyətini itirməmişdir. Onun məntiqində birincisi, ehtimallı bilik metodu, yəni dialektika, ikincisi, tərif və sübutdan ibarət olan həqiqi biliyin metodu, üşüncüsü, induksiyadan ibarət olan biliyin əsasını tapılma metodudur. Aristotel cəmiyyətdəki ünsiyyət formaları içərisində mənafe və məqsədlərin rolunu, insanın mahiyyətini göstərən ilk filosof olmuşdur.


Tarix: 09.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Fəlsəfə