beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəxsiyyətin strukturu və tipləri

Şəxsiyyət mürəkkəb strüktura, element tərkibinə və müxtəlif xüsusiyyətlərə malik olan bütöv bir sistemdir. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə bilər.
V.Şekspir vaxtı ilə yazmışdır ki, bütün dünya teatr tamaşasından ibarət olan bir səhnədir. Orada kişi və qadınların hamısı aktyorlardan ibarətdirlər. Bu dramda yeddi səhnədə körpələr, məktəblilər, gənclər, sevgililər, əsgərlər, hakimlər və qocalar iştirak edirlər. şəxsiyyət,insan psixologiyasıŞəxsiyyətin yalnız konkret – tarixi mühitdən asılı olması ideyasının müəllifi C.Look göstərirdi ki, insan «təmiz lövhədir», pis mühit bu lövhəyə elə yazılır ki, o, pis adam yetişdirir. L.Feyerbax isə yazırdı ki, insanı dəyişdirmək üçün əvvəlcə onun şüurunu dəyişdirmək lazımdır. Şüurlu dəyişdirilən adam özü öz ictimai varlığını dəyişdirəcəkdir. Əslində isə şəraiti dəyişdirən məhz insanlardör və tərbiyə verənin özünə də tərbiyə vermək lazımdır.
Şəxsiyyətlə sosial mühitin və ya bütövlükdə cəmiyyətin qarşılıqlı münasibətləri tarixi inkişaf nəticəsində əsaslı surətdə dəyişilmiş və onun nəticəsində şəxsiyyətin müxtəlif tarixi tipləri meydana gəlmış və formalaşmışdır. Bunlar formasiya bölgüsünə uyğun olaraq antik, orta əsrlər, intibah və yeni dövrün şəxsiyyətləri kimi qarşıya çıxırlar. Şəxsiyyət tiplərini K.Marksın da vaxtı ilə birinci və ikinci formasiyalar fokusunda irəli sürdüyü şəxsi asılılıq, şeylərdən asılılıq münasibətləri və azad fərdiyyətlər münasibətlərinə uyğun gəlir.
Sosiallığın birinci tipi şəxsi asılılıq münasibətlərindən ibarətdir. Bu cür tipdə asılılıq subyektləri ibtidai icma cəmiyyətində qəbilə icmasıdır. Çünki ayrıca bir fərd sözün əsl mənasında şəxsiyyət deyildir. Kapitalizmə keçıdlə şeylərdən asılılıqdan ibarət, prinsipcə yeni sosiallıq tipi formalaşdı. Həmin formalaşma prosesi iki tərəfli xarakter daşıyır. Bir tərəfdən kapitalizm məhsuldar qüvvələrin inkişafının tələb etdiyi müstəqil surətdə öz yerini dəyişən azad zəhmətkeşə, şəxsə ehtiyac hiss edir. Digər tərəfdən isə kapitalizm şəxsən azad olan şəhmətkeşin öz işçi qüvvəsini əmtəə kimi satmasında maraqlı idi. Kapitalizmin inkişafı öz sonrakı gedişində azad fərdiyyətlər münasibətlərindən ibarət olan sosiallığın yeni tarixi tipini hazırlayır. O, isə əvvəlki tarixi mərhələlərdə görünməyən yaradıcı tələbatların formalaşmasına, şəxsiyyətin fərd kimi azad ınkişafına səbəb olacaqdır. Çünki müasir sivilizasiyalı cəmiyyətə geniş miqyasda əqli, əxlaqi və fiziki cəhətdən yüksək inkişaf etmiş şəxsiyyətlər lazımdır.


Tarix: 09.12.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Fəlsəfə