beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiyanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi

Tarixən bütün elmlər fəlsəfədə cəmləşmişlər. Zaman keçdikcə elmlər fəlsəfədən ayrılmaga başlamışlar və cəmiyyət həyatında müstəqillik əldə etməyə başlamışlar. Fəlsəfənin atası hesab olunan Pifaqor e. ə. 6-cı əsrdə fəlsəfə terminini meydana gətirərkən bu cəmiyyət haqqında insan və şəxsiyyət haqqında uzaqgörən bir fikirlər irəli sürürdü. Bu fikirlər sonradan cəmiyyəti öyrənən elmlərin formalaşmasında müstəsna rol oynamışdır. Bu elmlərdən antropologiya, sosiologiya, etnoqrafiya, kulturologiya və s. qeyd etmək olar.
Məhz fəlsəfədən yaranan, sonradan cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən ən vacibli elmlərdən biri də kulturologiya olmuşdur.Bu elm daima cəmiyyətdə fəlsəfə ilə qarşılıqlı əlaqədə ol- muşdur.Fəlsəfə insan və cəmiyyət,təbiət və gerçəkliyə olan münasibətləri əks etdirən elmdirsə,dünya görüşü ilə bağlıdırsa,kulturologiya insanşünaslığa xidmət edən, insan və şəxsiyyət,insanın qurucu həyatı,daha geniş mənada isə insan və bəşəriyyət haqqında elmdir.
Fəlsəfə və Kulturologiya bütün zaman kəsiklərində bir-biri ilə qarşılıqlı əlaqədə olmuşlar.Biri digərinə təsir göstərmiş və bir-birindən qarşılıqlı sürətdə bəhrələnmişlər .Lakin bu elmlər haqqında cəmiyyətdə daima ziddiyətli baxışlar və nəzəriyyələr də mövcud olmuşdur.Bu baxışların heç biri bir-biri ilə üst-üstə düşməməmişdir. Bu həm şərq kulturoloji fikrində həm də qərb kulturoloji fikrində özünü göstərmişdir. Bu baxımdan kulturologiya mədəni proseslərin və insanın tələbatının yaranmasının və formalaşmasının mühüm cəhətlərini özündə birləşdirmişdir . Kulturalogiya müxtəlif konkret mədəniyyətlərin tarixi tiplərinin nəaliyyətlərini və xüsusiyyətlərini aydinlaşdırmağa çalışır .
Kulturalogiyanın ən mühüm vəzifəsi isə dünya mədəniyyətinin tarixi və nəzəriyyəsini geniş səpkidə öyrənmək və müasir dövrün sosiomədəni meillərini və proseslərini təhlil etməkdən ibarətdir.Fəlsəfə ilə kulturalogiyanı yaxınlaşdıran onların öyrəndiyi problemlər , tədqiqat metodları, bu və ya digər sosiomədəni hadisələrə yanaşmalardır .Onların hər ikisi elmi biliyin müstəqil formaları olmaqla bu prinsipdən edirlər ki,”cəmiyyətin məqsədi mədəniyyət tarixi prosesinin subyekti olan insanın inkişafıdır. Bununla əlaqədar həm fəlsəfə həm də kulturalogiyanın cəmiyyətin mənəvi həyat problemlərinə maraq göstərməsinin səbəbi aydındır.
Mədəniyyət fenomeninin elmi baxımdan dərk edilməsi, müəyyən metodoloji əsəların hökmən tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, fəlsəfə mədəniyyətin artıq qərarlaşmış formalarının dərk edilməsinə yönəlmiş xüsusi bilik formasıdır.Bu gün fəlsəfə cəmiyyətin mənəvi həyatı ilə bağlı problemlərə daha güclü maraq göstərir.Belə ki 20-ci əsrin 60-cı illərinin ortalardan başlayaraq kulturologiyanın fəlsəfə zəmnindən ayrılması onun müstəqil elmi bilik sahəsi kimi öyrənilməsi bu gün daha çox əhəmiyyət kəsb etməkdədir.Bununla əlaqədar kulturologiyanın predmetinin ayrılmasınin əsası aydınlaşdırılmalıdır ki,bu da kulturalogiyanın bütövlükdə cəmiyyətin mənəvi həyatı ilə bağlı problemlərə və xüsusən “mənəvi istehsal” anlayışının etiva etdiyi proseslərin məzmununa münasibətinin müəyyən olunmasını nəzərdə tutur.
Fəlsəfə ilə kulturolofiyanı yaxınlaşdıran onların öyrəndiyi problemlər, tədqiqat metodları, bu və ya digər sosiomədəni hadisələrə yanaşmalıdır. Onların hər ikisi elmi biliyin müstəqil formaları olmaqla bu prinsipdən çıxış edirlər ki, cəmiyyətin məqsədi mədəni-tarixi prosesin subyekti olan insanın inkişafıdır. Bununla əlaqədar həm fəlsəfənin, həm də kulturologiyanın cəmiyyətin mənəvi həyat problemlərinə maraq göstərməsinin səbəbi aydındır.


Tarix: 09.12.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Fəlsəfə