beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş

Qəribə aləmdir ....
Zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş...
Böyrək də,
Ürək də,
qulaq da,
göz də,
Bədəndən bədənə köçürüləmiş...
Bir maşın sahibi gərək olanda
Sınan hissələri alır dükandan.
Deyirəm, insanın əzaları da
Apötekdə satıldl bəlkə bir zaman.
Azmıdır insanın məgər dərd,
səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar bəlkə?
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir axı baş, beyin
Baş özü, başları necə dəyişsin?
İnsanın adına, şərəf şanına,
Deyirəm gəlməzmi bundan bir
ləkə?
Bir nadan güvənib öz imkanına
Dahinin başına göz dikdi bəlkə?
Ey həkim, gücünə inansan da
sən,
Bu yükü boynuna heç götürmə
gəl.
Ayırıb insanı öz aləmindən,
Ana təbiətlə bəhsə girmə gəl!
Həkim təbiəti gəl hakim sayaq,
Hifz edək bir səsin yüz ahəngini;
Gücümüz çatsa da,
Gərək pozmayaq
Bəzən təbiətin öz ahəngini.
Dahinin beyninə qan sızdı birdən
Chil də qəzaya düşdü həmən
gün.
Cahilin başını öz bədənindən
Ayırdıq dahini yaşatmaq üçün!
Nə deyək?
Kim öldü?
Dahi, ya cahil?
Hansına yas tutsun qohum,
qardaşı?
Dirilən kim oldu?
Bu ki sirr deyil,
Dahinin bədəni, cahilin başı.
Dahi yaşayacaq bir nadan kimi ....
Kimi aldadırıq burda, biz kimi?
Cahilin başıyla, düşüncəsiylə
Yaşayan o dahi, yenə dahimi?
Hanı o əvvəlki əqidə, məslək?
Əgər fikri yoxsa özü sağmıdır?
Yaşamaq xətrinə fikri
dəyişmək----
Məsləyi dəyişmək
yaşamaqmıdır ?..


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 177 Bölmə: Bextiyar Vahabzadə