beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Səmədoğlu

Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) – nasir, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990)Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). "Azərbaycan " jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), "Ulduz jurnalının baş redaktoru (1976-1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.

1998-ci il avqustun 17-də vəfat etmişdir.
Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun qardaşıdır.
Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

Filmoqrafiya
Axırıncı maqın sonu (film, 1974)
Azərbaycan SSR (film, 1971)
Azərbaycan teatrının 100 illiyi (film, 1974)
Cəlil Məmmədquluzadə (film, 1966)
Çiçək yağışı (film, 1971)
Dostluq məşəli (film, 1965)
Səməd Vurğun (film, 1966)
Foto "Fantaziya" (film, 1970)
Göllərin tacı (film, 1966)
Qətl günü (film, 1990)
Monrealda Azərbaycan günü (film, 1967)
Polşada Azərbaycan günləri (film, 1970)
Səmt küləyi (film, 1973)
Yeddi oğul istərəm... (film, 1970)


Tarix: 20.01.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 439 Bölmə: Şairlər və Yazıçılar