Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Bəhmənli

Quliyev Vaqif İttifaq oğlu (Vaqif Bəhmənli) — şair, tərcüməçi, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1986).

Həyatı

Vaqif Bəhmənli 1955-ci il mayın 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirib Bakı şin zavodunda fəhləlik etmiş (1972), S.M.Kirov adına ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1973-1978). Tələbəlik dövründə ilk oçerk və şerlərini dərc etdirmişdir. Azərbaycan Yazıçılar İttifaqının "Yaradıcılıq studiyası"nın seminarlarında fəal iştirak etmişdir. "Sovet kəndi" qəzeti redaksiyasında xüsusi müxbir kimi əmək fəaliyyətinə başlamışdır (1978). Sonra həmin qəzetdə mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləmişdir (1979-?). "Kommunist", "Ədalət", "Odlar yurdu", "Humanitar" qəzetlərində, "XXI gənclik dərgisi", "XXI Yeni Nəşrlər Evi", "Yazıçı" nəşriyyatlarında, Beynəlxalq Avrasiya Mətbuat Fondunda məsul vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində şöbə rəisi olmuşdur. Hazırda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiridir.

İndiyə qədər 20-yə yaxın şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabları çıxıb. Komsomol Mükafatına, Şahmar Əkbərzadə, İsa İsmayılzadə, Rəsul Rza adına mükafatlara, Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb. Əsərləri bir çox xarici dilə tərcümə edilib.


Tarix: 19.01.2013 / 15:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Şairlər və Yazıçılar
loading...