beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuri Fidler

Fidler Yuri Vladimiroviç — şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ədəbi təxəllüsləri "Yeqor Yexidnı", "Optimist", "Yurfi", "D.İrinin").[Mənbə göstərin]Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Tərcümələri


Həyatı

Yuri Fidler 1898-ci il iyunun 16-da Saratov şəhərində məhkəmə məmuru ailəsində doğulmuşdur. Pyatiqorsk gimnaziyasında, sonra I Bakı gimnaziyasında orta təhsil almışdır (1907-1917). Əmək fəaliyyətinə 1917-ci ildən başlamışdır. Culfa-Bakı dəmiryolu idarəsində tabelçi-fəhlə (1917-1918), ərzaq idarəsində kontor işçisi (1918), Yessentukidə milis işçisi (1918-1919), Azərbaycan hərbi sanitariya idarəsində icraçı (1920), sonra katib (1921-1922), Rostov dövlət ticarəti kontorunda hesabdar (1922-1923), Keçmiş SSRİ Ticarət-Sənaye Bankının Azərbaycan kontorunda hesabdar, mühasib köməkçisi, müxbir, sığorta şöbəsinin müdiri (1923-1927), Bakı trestlərinin birində hesabdar (1927-1929), "Vışka" qəzeti redaksiyasında felyetonçu (1929-1932) işləmişdir. Sonra yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur.

Yaradıcılığı

Ədəbi fəaliyyətə 1920-ci ildən başlamış, felyeton və satirik şeirlərini "Krokodil", "Smexaç", "Begemot" jurnallarında dərc etdirmişdir. Hekayələr, pyeslər yazmış, Azərbaycan xalq və aşıq şeirlərini tərcümə etmiş, uşaq yazıçısı kimi fəaliyyət göstərmişdir. "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə", "Əmək veteranı" medalları və dörd dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

1981-ci il mayın 14-də vəfat etmişdir.

Əsərləri
1. Дочка героя. Баку: Детюниздат, 1939, 26 стр.
2. Разговор на чистоту. Баку: Азернешр, 1947, 49 стр.
3. Стихи и сказки. Баку: Детюниздат, 1950, 120 стр.
4. Пещерные люди. Баку: Азернешр, 1952, 68 стр.
5. Школьные знаменитости. Баку: Детюниздат, 1954, 24 стр.
6. Сатирические стихи. Баку: Азернешр, 1956, 80 стр.
7. Между нами говоря... Баку: Азернешр, 1958, 116 стр.
8. Четверка за поведение. Баку: Детюниздат, 1960, 70 стр.
9. Накип. Баку: Азернешр, 1962, 120 стр.
10.Избранные сатирические стихи и фельетоны (1927-1967). Баку: Азернешр, 1970, 316 стр.
11.За пол века. (стихи). Баку: Язычы, 1980, 143 стр.

Tərcümələri

(azərbaycancadan)
1.Слово сердца. Баку: Азернешр, 1944, 56 стр.
2.А. Шаик. Стихи и сказки. Баку: Детюниздат, 1950, 234 стр.
3.Братья сатирики. Баку: Азернешр, 1966, 163 стр.


Tarix: 20.01.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 286 Bölmə: Şairlər və Yazıçılar