beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Bayatlı Odər

Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) — şair, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Vaqif Bayatlı Odər 1949-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981-1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülmüşdür.

Əsərləri
Tənha ulduz altında. Bakı: Yazıçı, 1982, 55 səh.
Unudulacaq bütün sevdalar. Bakı: Yazıçı, 1986, 110 səh.
Ölənəcən sevmək azdır. Bakı: Yazıçı, 1990, 126 səh.
Ən gülməli ölü.
Yupyumru bir eşq ilə


Tarix: 19.01.2013 / 15:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Şairlər və Yazıçılar