beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabit Rəhman

Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910-1970) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Kitabları
4 Filmoqrafiya
5 Xarici keçidlər


Həyatı

Poçt markası (2000).

Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
Bəstəkar Emin Sabitoğlunun atasıdır.

Əsərləri
Hekayələri:

"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".
Povestləri:

"Vəfasız", "Son faciə".
Pyesləri:

"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.
Romanı:

"Nina".

Kitabları
Pozğun (hekayələr). Bakı: 1931
Şirin bülbül (hekayələr). Bakı: 1933
Vəfasız (povest). Bakı: 1933
Xəyalplov. Bakı: 1938
Son faciə (povest). Bakı: 1939
Hüseyn Ərəblinski (povest). Bakı: 1948
Hədiyyə.Bakı: 1949

Filmoqrafiya
Arşın mal alan (film, 1945) - (ssenari müəllifi)
O olmasın, bu olsun (film, 1956) - (ssenari müəllifi)
Koroğlu (film, 1960) - (ssenari müəllifi)
Əhməd haradadır? (film, 1963) - (ssenari müəllifi)
Ulduz (film, 1964) - (libretto müəllifi)


Tarix: 19.01.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 416 Bölmə: Şairlər və Yazıçılar