beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaddaşın zeiflemesi günümüzde çox yayılmış problem

Yaddaşın zeiflemesi günümüzde çox yayılmış problemlerdendir. Gergin iş qrafiki, informasiya çoxluğu, gece heyatı, düzgün balanslaşdırılmamış qidalanma beynin fealiyyetine de öz tesirini gösterir. Yaşlılarda yaddaşın pozulması çox zaman bir sıra xesteliklerin (beyin damarlarının aterosklerozu, qocalıq ağıl zeifliyi, Alsqeymer xesteliyi ve s.) neticesi olur. Müalice de bu yönümde aparılmalıdır. Cavan şexslerde ise yaddaş pozğunluğu yorğunluğun, qeyri-düzgün heyat terzinin, hedden artıq informasiya yüklenmesinin neticesidir. Bundan başqa bir şeyi yadda saxlayarken onu düzgün, ne ilese elaqelendirib(assosiativ) yadda saxlamaq lazımdır. Hedden artıq ezberçilik düzgün deyil. Bes yaddaşı nece yaxşılaşdırmalı? Öncelikle rejime riayet etmek, vaxtlı-vaxtında yatıb durmaq, zehni işle fiziki işi növbeleşdirmek, vaxtlı-vaxtında istirahet etmek lazımdır. Qidalanarken terkibinde aminturşular(zülallar), Fosfor, Kalsium, A, E, B qrup vitaminler olan qidalara çox yer verilmelidir. Bunlara misal olaraq Balıq eti, balıq yağı, kürü, lobya, qarğıdalı, banan, kişmiş, qaysı, qoz, günebaxan, süd ve süd mehsulları, yumurta, kakao ve s. göstermek olar. Seher ve axşamlar bal şerbeti ve ya şirinçay içmek beynin qlükozaya olan telebatını ödemekle yaddaşı yaxşılaşdırır. İdman etmek, xüsusile de onurğa sütununun idmanları beyin qan dövranını güclendirir ve yaddaşı yaxşılaşdırır. Bundan başqa beyin qan dövranını yaxşılaşdıran derman maddeleri – sinnarizin, nootropil, qlisin ve s. mövcuddur. Yaddaşı yaxşılaşdırmağı, informasiyaları daha asan ve effektiv yadda saxlamağı öyrenen xüsusi bir elm sahesi – Mnemonika mövcuddur. Bele ki, çoxsaylı informasiyanı (meselen, İngilis dilinde sözler, telefon nömreleri) yadda saxlamaq, beyinin bu sahede imkanlarından maksimal istifade etmek üçün xüsusi treyninq proqramlar, cürbecür üsullar düşünülübdür. Onların ekseriyyeti assosiativ üsullardır


Tarix: 05.03.2013 / 17:53 Müəllif: [Ram] Baxılıb: 1616 Bölmə: Ümumi Psixologiya