beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan intellektinin öyrenilmesinin erken tarixi

İnsan intellektinin öyrenilmesinin erken tarixi

İngilis polimat (müxtelif sahelerde geniş biliklere malik adam), antropoloq, tedqiqatçı, psixometrik ve statistiki F. Galton (qalton oxunur) dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını araşdıraraq qabiliyyetlerin irsen keçmesini öyrenen tedqiqat apardı. Bu tedqiqatı o 1869-cu ilde Hereditary Genius kitabında tesvir etdi. Bir neçe il sonra Galton öyrendiyi saheye aid sorğu tertib etdi ve onu Kral Cemiyyetine (Royal Society) daxil olan elm adamlarına gönderdi. Bu sorğu ile o müeyyenleşdirmeye çalışdı ki, onun respondentlerinin ailelerine aid cehetlerile (dünyaya gelme sırası, meşğuliyyet, irq) onların elme maraqları arasında elaqe varmı. Galton bu araşdırmaları 1874-cü ilde, English men of science: their nature and nurture kitabında neşr etdirdi. Bu tedqiqatla o, şexsiyyetin formalaşmasında irsiliyin ve ya etraf mühitin daha mühüm rol oynaması sualını (nature versus nurture) ortaya qoymuş oldu. Bundan başqa Galton ilk olaraq müxtelif fiziki ve mental göstericiler arasında korrelyasiyanı ölçdü (1888). İntellektin öyrenilmesinin Galtonun bu tedqiqatları ile başladığı hesab edilir. Galton ilk olaraq nümayiş etdirdi ki, Laplace-Gauss paylanması (normal paylanma) insanın psixoloji xüsusiyyetlerine, o cümleden de intellekte tetbiq oluna biler
1904-cü ilde Fransız hökumeti inkişafda gecikmiş uşaqların tehsili üçün plan hazırladı ve bu iş üçün psixoloqlardan ibaret komisiya teyin etdi. Komisiyaya tapşırıldı ki, bele uşaqları müeyyenleşdirmek üçün mexanizm hazırlasın. Bu komisiyanın üzvü olan Fransız psixoloqu Alfred Binet (bine oxunur) öz hemkarı T. Simon ile birlikde uşaqların qabiliyyetlerini müeyyenleşdiren, indi Binet-Simon şkalası adlanan testi hazırladı. Bu test sonradan Binet ve Simon terefinden defelerle tekmilleşdirildi.
İngilis psixoloqu, faktor analizin müellifi Charles Spearman 1904-cü ilde ümumi intellekt (general intelligence factor ve ya g factor) ideyasını teklif etdi. Spearman mental testleri yerine yetirmiş uşaqların neticelerini gözden keçirerken müşahide etdi ki, her uşağın neticesini iki faktor istiqametinde bölmek olar. Bu faktorlardan biri hemin uşağın yerine yetirdiyi müxtelif sahelere aid testlerde eyni qalır, Spearman bunu g faktor adlandırdı. Diger faktor testden teste deyişirdi ve Spearman bunu spesifik faktor adlandırdı.

1939-cu ilde Amerika psixoloqu David Wechsler müasirleşdirilmiş intellekt testini (Wechsler Adult Intelligence Scale - WAIS) yaratdı. Esasında Binet-Simon şkalası duran Wechsler testi intellektin qiymetlendirilmesine bir çox yenilikler getirdi.
1930-cu illerde diger bir Amerika psixoloqu Louis Leon Thurstone evvelki intellekt nezeriyyelerinden daha ferqli olan Esas Mental Qabiliyyetler Teoriyasını yaratdı. O, intellekt testlerinden ve bir qeder deyişdiyi faktor analizden istifade ederek sübut etmeye çalışdı ki, intellekt yeddi esas qabiliyyet vasitesile üze çıxır: nitq selisliyi, deyileni derk etmek, obrazları fezada tesevvür etmek, ededlerle işlemek, assosiativ yaddaş, mühakime, qavrama süreti.Onun ideyaları sonrakı çoxterefli intellekt nezeriyyeleri üçün esas oldu.


Tarix: 05.03.2013 / 17:32 Müəllif: [Ram] Baxılıb: 410 Bölmə: Ümumi Psixologiya