beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PsixoLoji terminLer

Adekvat - hemin şerait üçün
müvafiq, münasib olan.
Affekt – psixoloji halet: onun
esasını qüvvetli, coşğun ve
nisbeten qısamüddetli emosional
teessürat teşkil edir.
Afferent – merkezeqaçan,
bedenin periferiyasından
( etraflarından) merkeze geden.
Afferent sinir – sinir impulsunu
hiss üzvlerinden merkezi sinir-
sistemine aparan teldir.
Analizator – duyğuların üzvi
esasını teşkil eden mürekkeb
neyrofizioloji sistem. Bu anlayış
İ.V.Pavlov terefinden teklif
olunmuşdur.
Appersepsiya – 1. Qavrayışın
keçmiş tecrübeden, bilik
ehtiyatından ve psixi fealiyyetin
ümumi mezmunundan asılılığı. 2.
Şüursuz psixi haletlerin aydın
derk olunan psixi haletlere
keçmesi aktı.
Ekstravertlik – bezi adamların
xarakteroloji xüsusiyyeti. Yüksek
ünsiyyetlilikde, üreyiaçıqlılıqda,
başqa adamlara maraqda ve
derin özünütehlile meylli
olmamaqda tezahür edir.
Empatiya – başqa adamların
psixi hallarını başa düşmek ve
onların derdine şerik olmaq
qabiliyyeti.
Efferent – merkezdenqaçan,
merkezden periferiyaya geden.
Efferent sinir – sinir impulslarını
merkezi sinir sisteminden
effektora aparan teldir.
Eqosentrik nitq – mektebeqeder
yaşlı uşağın oyununu müşayiet
eden ve onun özüne yöneldilmiş
nitq fealiyyeti. Xarici nitqden
daxili nitqe keçid merhelesini
teşkil edir.
Genotip – bütün genlerin
mecmusu, orqanizmin genetik
konstitusiyası.
İdentifikasiya – ele prosesdir ki,
onun gedişinde ve neticesinde
ferd özünü başqa adamlara
onların arasında mövcud olan
emosional rabiteler (empatiya)
esasında şüurlu ve ya şüursuz
olaraq eynileşdirir, özünü bu
rabitelerle bağlı şexs kimi aparır.
İndifferent – laqeyd, iştirak
etmeyen.
instinkt - 1. Xarici ve daxili
mühitin müeyyen stimullarına
şertsiz-reflektor cavab vermenin
anadangelme mürekkeb forması;
öyrenmeden asılı olmayan
uyğunlaşma davranışı kompleksi.
2. Hereket üçün spesifik
emosional oyanma ile uzlaşan
anadangelme impuls.
Konformluq – ferdin qrupla
zahiren razılaşması, ixtilafı
daxilen derk etdiyi halda onun
her bir tesirine tabe olması, her
bir şeraite şüurlu uyğunlaşma.
Libido – psixoloji enerjidir,
esasında insanın başlıca meylleri
( seksual ve heyat meyli ) durur.
Motiv – müeyyen telebatların
ödenilmesi ile elaqedar olaraq,
fealiyyete tehrik etme.
Qıcıqlanma – xarici tesirlere
müeyyen funksional ve struktur
deyişmeler kompleksi ile bütün
canlı töremelerin cavabverme
qabiliyyeti .
Refleksiya – insanın idrakının öz-
özüne, özünün daxili alemine,
psixi keyfiyyet ve haletlerine
yöneldilmesi.
Semantik – sözlerin ve ya
ifadelerin menasına ve
ehemiyyetine aid olan.
Senzitivlik – stimulların tesirine
hessaslıq.
Sosiometriya – qruplarda ve
kollektivlerde reğbet ve nifret tipli
şexsiyyetlerarası münasibetlerin
kemiyyetce qiymetlendirilmesi ve
qrafik tesviri üçün tetbiq olunan
standartlaşdırılmış metodik
üsulların mecmuyu.
Stimul – reseptorlarda oyanma
prosesine sebeb olan xarici ve ya
daxili tesir.
Şüur - dil menaları sisteminde
obyektiv gerçekliyin psixi
inikasının yüksek, yalnız insana
xas olan forması.
Şüuraltı – aktual şekilde
derkedilmeyen, lakin davranışa ve
şüurun mezmununa nezere
çarpacaq derecede tesir
göstermeye qabil olan psixi
proses ve haletlerin mecmuyu.
Telebat – insan ve heyvanların
feallığının esas menbeyi; onların
konkret yaşayış şeraitinden
asılılıqlarını ifade eden daxili
halet.
Verbal aqressiya – menfi
hisslerin sözlü formada ifadesi.
Verbal hafize - hafizenin növü
olub, nitqli informasiyanın
yaddasaxlanması, hifz edilmesi ve
yadasalınması xüsusiyyetlerini
şertlendirir .
Verdiş – işin defelerle invariant
(deyişilmeden) tekrarı
neticesinde qismen
avtomatlaşan , asanlıqla, süretle ve
deqiq heyata keçirilen icra üsulu.
Yöneliş – insanın onu ehate eden
gerçekliyin obyekt ve
hadiselerine münasibetde
müeyyen terzde qavrama,
qiymetlendirme ve hereket
etmeye hazırlığının daxili haleti.


Tarix: 05.03.2013 / 17:41 Müəllif: [Ram] Baxılıb: 1434 Bölmə: Ümumi Psixologiya