beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maye ve kristallaşmış intellekt

Maye ve kristallaşmış intellekt (Fluid and crystallized intelligence)

Amerika psixoloqu Raymond Cattel C. Spearmanın elmi fealiyyetinin tesiri ile insan intellektini tedqiq etmeye başladı. O Spearmanın ideyasını davam etdirerek 1960-cı illerde bele neticeye geldi ki, ümumi intellekt iki faktordan ibaretdir. Bu faktorları Cattel maye (fluid) ve kristallaşmış (crystallized) intellekt adlandırdı. (Gf - General fluid intelligence ve Gc - General crystallized intelligence kimi işare edilir.)

Cattelle göre maye intellekt evvelki tecrübelerden asılı olmadan, obyektler arasında münasibetleri derk etmek qabiliyyetidir. Kristallaşmış intellekt ise evveller elde edilmiş tecrübelere esaslanaraq meseleleri hell etmek bacarığıdır. Belelikle obyektler arasında elaqenin keşf edilmesi, baş veren hadiselerde qanunauyğunluğun aşkarlanması, meselelerin yeni hell yollarının tapılması maye intellektle elaqedardır. Elde edilmiş biliklerin tetbiqi ise kristallaşmış intellekt ile bağlıdır.

Nezeriyyenin müellifinin ve onun davamçılarının fikrince maye intellekt erken gencliye qeder inkişaf edir ve sonra onun seviyyesi enmeye başlayır. Kristallaşmış intellekt ise orta yaşlara qeder artır, bir müddet sabit qalır ve tedricen azalmağa başlayır


Tarix: 05.03.2013 / 17:33 Müəllif: [Ram] Baxılıb: 254 Bölmə: Ümumi Psixologiya