beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixi hadiselerin tesnifi

Psixi hadiseleri şerti olaraq üç böyük qrupa bölürler:
Psixi prosesler.
Psixi hallar (ve ya psixi haletler, veziyyetler).
Psixi xasseler (ve ya xüsusiyyetler).

Psixi prosesler psixologiya elminin esas kateqoriyalarından biridir. İdrak proseslerine (duyğu, qavrayış, diqqet, hafize, tefekkür, nitq ve texeyyül), iradi proseslere ve emosional proseslere birlikde psixi prosesler deyilir. Başqa sözle, psixi prosesler özleri de üç yarımqrupa bölünür: idrak prosesleri, hissi prosesler, iradi prosesler.

Psixi hadiselerin ikinci qrupunu teşkil eden psixi hallar ve ya veziyyetler da müxtelifdir. Şen ehval, affektler, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhe ve s. psixi hallara misal ola biler.

Psixi xasseler de psixologiya elmini kateqoriyaları içerisinde mühüm yer tutur. Temperament, xarakter ve qabiliyyetler esas psixi xasselerdir. İnsanın onun üçün seciyyevi olan keyfiyyetlerini (ağlın tenqidiliyi ve ya müsteqilliyini), emosioanl xasselerini (tez özünden çıxma, emosionallıq) ve s. de psixi xasselere aid edirler.

Psixi prosesler, hallar ve xasseler bir-birile üzvi suretde elaqelidirler. Onlardan biri adeten o birisinin esasında emele gelir. Psixi haletler ve ya veziyyetler ayrı-ayrı psixi proseslerin, meselen, ehvallar, affektler hisslerin, dalğınlıq diqqetin, iradenin, şübhe tefekkürün tezahürü kimi özünü gösterir. Onlar ise möhkemlenib bir adamı başqasından ferqlendiren psixi xasse kimi tezahür ede biler.

“Proses”, “hal” ve “xasse” ne demekdir? Ne üçün duyğuları, qavrayışı, diqqeti, hafizeni, tefekkürü, nitqi ve texeyyülü, iradeni ve hissleri psixi proses adlandırırlar. Halbuki şübheni ve ya dalğınlığı psixi hallar, temperament, xarakter ve ya qabiliyyetlere psixi xasseler deyilir. Proses latın sözü olub her hansı bir hadisenin başlanması, gedişi ve inkişafı merhelelerini eks etdirir. Bu baxımdan bütün psixi hadiseler – ister psixi xasseler, isterse ede psixi hal ve xasseler prosesual xarakter daşıyır. Meselenin bele qoyuluşuna ilk defe diqqeti rus alimi İ.M.Seçenov celb etmişdir.

Müasir psixologiyada proses sözü eslinde genış ve dar menada işlenir. Geniş menada psixi olan proses kimi nezerden keçirilir, bütün psixi hadiseler eyni derecede proses kimi tehlil edilir. Dar menada ise psixi proses dedikde duyğu, qavrayış, diqqet, hafize, tefekkür, nitq, texeyyül, irade ve hissler nezerde tutulur.

Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nezere çarpdırır. Psixi halet termini psixi faktın nisbi davamlılığını bildirir. Psixi xasse ve ya psixi xüsusiyyet termini ise psixi faktın sabitliyini, onun şexsiyyetin strukturunda möhkemlendiyini ve tekrar olunmasını ifade edir. Psixi prosesler, psixi hallar ve psixi xasselerin hamısına birlikde psixika ve ya psixi hadiseler deyilir.

Psixikanın emele gelmesi materiyanın hereketinin bioloji formasının teşekkülü ile bağlıdır. Heyat tebietin inkişafının keyfiyyetce yeni merhelesidir. Psixikanın yaranması ve inkişafının öyrenilmesi tebiet elmlerinin, o cümleden psixologiyanın qarşısında duran mürekkeb, mühüm vezifelerden olmuşdur. Psixikanın filogenizde inkişafı eksetdirmenin tropizm, instinktiv, heyatda qazanılan ve intellektual davranış formalarında tezahür etmişdir. Elementar qıcıqlanma sade, birhüceyreli orqanizmlerde özünü gösterir ve onların mühüm tesirine hereketle cavab verirler. Mühit canlı orqanizme bioloji tesir göstere bilir ki, bunun neticesinde hemin orqanizmin protoplazmanın xassesi deyişir. Bioloji amillere özünemexsus cavab vermek üsulları tropizmler ve ya taksikler adlanır. Tropizmlerin aşağıdakı növlerini ferqlendirirler: fototropzim – canlı orqanizmin işığın tesiri ile hetekete etme meyli; termotropizm – işığın tesiri ile hereketetme meyli; xemotropizm – müeyyen fiziki-kimyevi mühiti seçme meyli; topotropizm – mexaniki qıcıqlandırıcıların tesirile hereket etme meylive s. Canlılarda psixikanın teşekkül tapması onların mühite uyğunlaşa bilmemeleri ile bağlı olan deyişikliklerden yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır ve tebii telebatdan doğur. Mühitin müeyyen şeraitine, tesirine qarşı mürekkeb anadangelme reaksiya forması instinktler adlanır. İnstinktiv davranış müeyyen bir növün hamısı üçün xarakterik olan anadangelme davranışdır. Bir çox alimler hesab edirler ki, instinktler deyişmezdir ve canlıların ferdi qaydada mühite uyğunlaşması prosesinde deyişmez qalır. Ali heyvanlarda instinktiv davranış forması ile yanaşı deyişken formalı davranış – verdişler ve intellektual hereketler de mövcuddur. Verdişler inkişafın en aşağı pillesinde bele özünü gösterir. Lakin açıq-aşkar ifade olunan verdişler yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahide edilir. Ali heyvanlarda davranışın en yüksek seviyyesi intellektual davranışdır. İntellektual davranışın esasını ayrı-ayrı cisimler arasındakı mürekkeb münasibetleri els etdirmek teşkil edir. Lakin heyvanların intellektual ve ya eqli davranışı tebii ki, insan ağlından ferqli keyfiyyete malikdir.


Tarix: 05.03.2013 / 17:06 Müəllif: [Ram] Baxılıb: 1434 Bölmə: Ümumi Psixologiya