beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Genoqram

Genoqram – seçilmiş ailenin üzvleri arasındakı nesiller arası qarşılıqlı münasibetlerin nümunelerinin xeritesi ve ya fotoşeklidir. Başqa sözle desek, genoqram – ailenin, simvollar vasitesile çekilmiş ve aile üzvleri arasındakı münasibetlerin qeyd edildiyi, şecere ağaçıdır ki, bu ağac mütexessisin aile daxilindeki böhranın sebeblerini aşkar etmesi ve aileye destek planını hazırlaması işini asanlaşdırır. Sosial işde genoqramdan güclendirici elaqelerin, telebatlar dairesinin ve müdaxile meqsedlerinin aşkarlanması üçün istifade edilir . İlk defe, uşaq ve aile ile işde genoqramdan Monika Mak Qoldrikin “Genoqramlar: Qiymetlendirme ve Müdaxile” (Monica McGoldrick and Randy Gerson) ”Genograms: Assessment and Intervention” kitabında istifade edilmiş ve populyarlıq qazanmışdır . Hemin vaxtdan etibaren, genoqramlardan müxtelif ictimai elmler, tibb, psixologiya, genetik araşdırmalar ve s. geniş istifade edilmeye başlamışdır. Bir çox klinik psixoloqlar genoqramı, Mürrey Bouenin 50-ci illerde çap edilmiş aile sistemleri nezeriyyesine aid edir, bele ki, genoqramda aile daxilinde yaxınlıq ve ya özgeleşmekle bağlı nesiller arası gerginliklerin ötürülmesini asanlıqla tesvir etmek mümkündür. Mehz bu dinamika Mürrey Bouenin nezeriyyesinin ana xettini teşkil edir. Sistem nezeriyyesine esasen, aile bir-biri ile qarşılıqlı elaqede ve bir-birinden qarşılıqlı asılı olan şexsiyyetler sistemidir. Her-hansı şexsiyyeti derk etmek üçün, bu şexsiyyetin aile sistemini başa düşmeliyik. Sistemin bir hissesinde yaranan her-hansı pozuntu, onun bütün hisselerine tesir gösterir. Meselen, spirtli içkilere alude olmuş şexs, sistemin qalan bütün hisselerine tesir göstermiş olacaq. Öz növbesinde, sistem, ümumi etalete nail olmaq meqsedi ile, bu “xestelenmiş” hissesini qalan hisselerden kenarlaşdıra ve ya eksine onu qorumaq üçün yaxınlaşdıraraq, bu hisseden müdafie oluna biler. Hisselerden biri qalanları üçün tehlüke töretmeye başlasa, aile yeni mühite alışmağa cehd göstermelidir. Qalan hisseler, bir müddet, aqressiyanı öz üzerlerine çeke ve ya eyyaşın adekvat olmayan davranışını “ört basdır ede”, onları kenarlaşdıra ve yaxud inkar ede biler. Bundan başqa, aile sistemleri nezeriyyesinde vacib olan diger xüsusiyyet ondan ibaretdir ki, sistemler müeyyen davranış, adet-enene ve telebat modellerini ötürme tendesiyasına malıkdirler. Buna göre de, sistemde iki nesil evvel baş vermiş pozuntu, aile sisteminin hal-hazırki veziyyetine, spirtli içkilere aludeçilik ve zorakılıq kimi menfi ve ya digerlerinin lehine çalışmaq ve bayram eneneleri kimi müsbet nümeneler vasitesile, tesir göstere biler. Bütün sistemin sonrakı deqradasiyasının qarşısının alınması meqsedi ile, onun terefinden “kesilmiş” ve ya “özgeninkileşdirilmiş” hisseleri, tehlüke aradan qalxdığı halda bele, sistemden kenar qala bilerler. Aile sistemlerini tesvir eden vasitelerden biri de genoqramdır ki, burada yalnız faktlardan ibaret melumatları deyil, hemçinin, ötürülmüş nümuneleri (meselen, boşanmalar ve ya çox uşaqlılıq) ve sistemin diger hisselerinin güclendirilmesine xidmet edecek güclü tereflerinin axtarışını da tesvir etmek mümkündür. Genoqramda, hemçinin, “kesilmiş” ve ya “özgeninkileşdirilmiş” hisseleri de tapmaq mümkündür ki, onların yoxluğu sistemin fealiyyetine müxtelif tesirler göstere biler. Genoqramda – aile hekayeti kontekstinde - tarixlerin, vacib hadiselerin yerleşdirilmesi ve münasibetlerin tesviri er-arvad münaibetleri ve aile problemlerini müeyyen etmek imkanı yaradır (Guerin 1996 ; Scarf 1987 ). Ekoxerite kimi genoqram da, aile ile qarşılıqlı münasibetlerde olan dini inanclar, ayinler, adet-eneneler, nümuneler kimi diger sistemleri de müeyyenleşdirmeye kömeklik gösterir. O, hemçinin, ailenin özünemexsusluğunu ve xarakterik cizgilerini, xüsusen de, güclü terefleri ve telebatlarını aşkar etmeye imkan yaradır. Bu cehetden, genoqram böhranın sebeblerinin araşdırılmasını aparmaq üçün yardım ede biler.


Tarix: 05.03.2013 / 17:21 Müəllif: [Ram] Baxılıb: 591 Bölmə: Ümumi Psixologiya