beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi dili ve zeka

Her bir insanın xarakteri müxtelif olduğu kimi sevgi dili de müxtelifdir. Sevgi dili ise bir-birimize sevgimizi ifade ederken istifade etdiyimiz üsuldur.

Sevgi dillerinin sayı esasen beşdir:

1. Xidmet
2. Xoş söz
3. Asude vaxt
4. Fiziki temas
5. Hediyye

Eger bu maddeleri misallarla izah etmiş olsaq, yemek bişirmek bir sevgi ifadesidir. Bir şeyi beyendiyini demek sevgiden ireli gelir. Bir-biri ile xoş vaxt keçirmek ancaq sevgi ile mümkündür. Heyat yoldaşınızın elini tutmaq sizin ona sevginizi gösterir. Gül almaq sevgini ifade etmek üçün başqa bir formadır...
Bes göresen, heyat yoldaşınız bu beş sevgi dilinden daha çox hansına yaxındır? Çünki her sevgi dilinin öz yeri olsa da, her insan üçün ancaq bunlardan biri esasdır. Buna göre de eger heyat yoldaşınızın daha çox xoş söze ehtiyacı varsa, meseleni gül almaqla hell etmek istediyiniz neticeni vermeye biler. Çünki o gülden çox, sizden xoş söz gözleyir. Başqa sözle, heyat yoldaşınızın sevgi dilini keşf etseniz, özünüzü “boş yere yormaqdan da” xilas etmiş olarsınız. Tebii ki, bu beş sevgi dilinin beşine qarşı hessas olan terefler de az deyil. Eger bele bir heyat yoldaşınız varsa, demeli, işiniz çox çetindir. Ancaq yene de narahat olmağa ehtiyac yoxdur. Çünki sağlam dialoq ve qarşılıqlı anlaşma ile ortaq mexrece gele bilersiniz.

Heyat yoldaşınızın zeka növünü bilirsinizmi?

Bes heyat yoldaşınızın hansı zeka növüne malik olduğunu bilirsinizmi? Zeka dedikde ağlımıza hemişe riyazi zeka ve ya başqa sözle, möhkem yaddaş gelir. Eger bir uşağın riyazi potensialı güclüdürse, onun zekalı olduğuna inanırıq. Çox danışan ve çox hereket eden uşağın ise o qeder de zekalı olduğunu düşünmürük. Sakitliyi ve hereketsizliyi ağıllılıq kimi qeleme verdiyimiz üçün çox danışan ve çox hereket eden uşağa da daha çox bunu meslehet görürük. Halbuki, çox danışan uşaq “nitq zekasına”, çox hereket eden uşaq ise “fiziki zeka”ya malikdir. Tebii olaraq bu uşaqların birinden yaxşı bir natiq, o birinden ise yaxşı bir idmançı yetişe biler. Bir sözle, zeka tekce riyazi potensialdan ve ya möhkem yaddaşdan ibaret deyil. Üstelik bu tekce uşaqlara aid deyil. Meselen, heyat yoldaşınız insanlarla ünsiyyetde daha bacarıqlıdırdsa, demeli o “sosial zeka”ya malikdir. Bundan başqa, musiqi zekası, ferdi zeka, vizual zeka kimi başqa zeka növleri de var. Sizin üzerinize düşen esas vezife heyat yoldaşınızın hansı zeka növüne malik olduğunu keşf etmek ve münasibetlerinizi buna göre nizamlamaqdır. Bir sözle, zekası olmayan insan yoxdur. Sadece olaraq, zekalar müxtelifdir.


Tarix: 05.03.2013 / 17:42 Müəllif: [Ram] Baxılıb: 688 Bölmə: Ümumi Psixologiya