beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Feminizm siyasi nezeriyyesi.

İnsan cemiyyeti bircinsli şekilde deyil, müxtelif terkibde teşekkül etmiş, öz inkişafı boyunca onu teşkil eden sosial stratlar-ictimai tebeqe ve qruplar daha da çoxalmışdır. İnsan cemiyyetinin en sade bölgüsünün esasını ise bioloji cins teşkil edib. Bu esasa göre cemiyyet kişi ve qadınlara bölünmüşdür. Buna göre da kişi ve qadın qarşılıqlı münasibetleri ilkin ve «ebedi» problem kimi beşer cemiyyetini bütün inkişaf merhelelerinde müşaiyet etmişdir.
Gender araşdırmaları kişi ve qadın cinsinin qarşılıqlı münasibetleri problemlerini müxtelif seviyyede şerh eden siyasi, iqtisadi, sosial, dilçilik ve s. kimi nezeriyyeler üçün ümumi bir anlayışdır. Bir sıra elm sahesinin qovuşmasını eks etdiren ve elmlerarası xarakter daşıyan gender araşdırmaları bioloji cinsin ve müxtelif cinsilik formalarının sosial ve medeni baxışdan reallaşmasını öyrenir . Medeniyyet ilkin olan bioloji ferqleri «yoğurub» onları cemiyyetde prioritet qüvveye, münasibetlere çevirir. Bu baxımdan gender araşdırmaları hem de kulturoloji bir xaraktere malikdir. Gender araşdırmaları öz adını «gender» adından almışdır. İngilis dilinde «gender»in sözlük anlamı «cins» demekdir. «Müasir elmde bir termin kimi işlenen «gender» çoxmenalı anlayış olaraq cins, onun hüquqları, azadlıqları, vezifeleri ve cinslerarası münasibetlerin (seksden siyasete qeder) bütün sahelerini ehate edir». Bununla bele, «gender» termininin işledilmesi ile bağlı elmi dairelerde mübahiseler vardır. Ancaq «cins» ve «gender» anlayışlarının şerhinde getdikce aydın ve ortaq bir mövqeye de gelinmişdir. Bele ki, indi daha çox qebul olunan terife göre, ayrı-ayrı cins kimi, kişi ve qadın cinsi onların bioloji ferqini «gender» ise kişi ve qadın anlayışının sosiomedeni münasibetlerini bildirir. ABŞ sosioloqu E. Qiddens «cins» ve «gender» terminlerini şerh aderken yazır: «Cins kişi ve qadın arasındakı fiziki ve beden ferqleriyle bağlı olduğu halda, «gender» anlayışı onların psixoloji, sosial ve medeni xüsusiyyetlerine toxunur» . Daha sade şekilde ifade etsek, «cins» kişi ve qadın arasındakı bioloji ferqi, «gender» ise kişi ve qadın arasındakı sosiomedeni münasibetleri bildirir. Bu baxımdan gender araşdırmaları xalis qadın araşdırmalarından ayrılaraq daha geniş problematikanı ehate edir. «Gender», «gender araşdırmaları» anlayışları ile bağlı olaraq gender
stereotipleri, gender identifikasiyası (özünüidentifikasiyası), gender stratifikasiyası kimi kateqoriyalar da müeyyenleşerek elmi dövriyyede feal iştirak edirler.
Bu gün cins medeniyyeti ümümbeşer medeniyyetinin terkib hissesi kimi qebul edilir.Genderin ve gender araşdırmalarının meqsedi de «cins»in insan medeniyyetinin mehsulu olduğunu göstermek, tesdiq etmek, cemiyyetde sosial rol tebeqeleşmesinin sosiomedeni proses neticesinde meydana gelmesini bildirmekdir. Bu baxımdan da, gender nezeriyyesi bir növ metakulturoloji nezeriyye kimi çıxış edir.
Yuxarıda deyildiyi kimi gender problemleri sosial-medeni prosesle bilavasite bağlı olub insan medeniyyeti inkişafının doğurduğu problemlerdir. Bu ise mentiqi olaraq bu problemleri kulturologiya alminin araşdırma obyektine çevirir. Eyni zamanda gender problemlerini psixologiya, sosiologiya, felsefe, fiziologiya ve s. kimi elmler de tam hüquqla öyrenmekdedir.
Patriarxat qaydaların hakim olduğu cemiyyetde birinci yeri kişiler tutmuş, qadınlar ise ikinci yere sıxışdırılmış, onların kişiden-erden asılılığı leqitimleşmişdir. Bele bir berabersizliye uyğun olaraq kişi ve qadın qarşılıqlı münasibetleri, «kişilik» ve «qadınlıq» haqqında müeyyen tesevvürler formalaşmış, cins-rol qaydaları müeyyenleşmiş, neticede insan fealiyyetinin bütün sahelerinde qadınların hüquqları mehdudlaşdırılmışdır. Getdikce daha çox ve müxtelif sosial stratlara ayrılan insan cemiyyeti öz inkişafının müeyyen merhelesinde, yeni daha mürekkeb sosial-iqtisadi münasibetlerin meydana geldiyi şeraitde bu uyğunsuzluq– qadınların asılı sosial statusu, asılı sosial rolu cemiyyetin irelilemesine daha keskin şekilde maneçilik töretmeye başladı. Bele ki, kişi ve qadın qarşılıqlı münasibetleri cemiyyet heyatının bütün sahelerinde- siyasi, iqtisadi, menevi, medeni, sosial, psixoloji ve s. sahede ifade olunurdu. Belelikle «qadın azadlığı» probleminin helli heyat telebi kimi cemiyyetin qarşısında durdu.
Qadinlarin ictimai-siyasi fikri öyrenilmelidirmi?
Beynelxalq tecrübe gösterir ki,feminizm konsepsiyalarının tedqiqatçılar terefinden tedqiq olunmasına ve alınmış neticelerin real heyatda tetbiqine ehtiyac duyulur.Tedqiq olunması vacib olunan meseleler bunlardir:siyasi baxışların inkişafı yolu ve qadınların cemiyyetin ictimai –siyasi heyatında yeri;qadınların iqtisadiyyat haqqında düşünceleri;bazar münasibetleri ve qadın menecmenti; qadınların siyasi liderliyi ve qadın elitası;qadinlarin ictimai reyi ve hakimiyyet institutları; qadınların elektoral davranışı ve seçki kompaniyaları;bazar münasibetlerine keçid zamani qadınların sosial müdafiesi ve sosial zemanetler;sosial gerginlik ve qadın kütlesi.
Ümumiyyetle qadın müsteqil subyektdir ve ictimai-siyasi fikrin esas daşıyıcılarından biridir.Bu fikri Qerb alimleri de öz tedqiqatları ile defelerle sübuta yetirmişler.Misal üçün göstermek olar ki, bir çox inkişaf etmiş ölkelerde - ABŞ,Kanada,Fransa,İngilter​e ve s. Cemiyyetin müxtelif problemlerine qadınların ictimai-siyasi fikrini öyrenen onlarla xüsusi elmi merkezler,institutlar mövcuddur.
Qadınlar öz icyimai-siyasi fikirlerinde siyasetin subyekti kimi çıxış edirler.Bir ictimai qrup kimi onlar cemiyyetin heyatına tesir gösterir, hem ümumdövlet,hem de spesifik qadın maraqlarını qoruyur,netice etibarile ise öz sosial-siyasi statuslarının artmasına nail olurlar.Eyni zamanda,siyasetin enenevi obyekti olmaqla,qadinlar onun bütün deyişikliklerinin neticelerini öz üzerinde hiss edirler.
Aparilmış tedqiqatlar onu gösterir ki,qadinlar öz mövqelerini aile,meişet,istehsal,meden​i ve sosial meselelerde ve yaxud ictimai-siyasi mühitde daha deqiq ve birmenalı şekilde teyin edirler.Siyasi proseslerin ve onlarin gündelik heyatimiza tesirinin qiymetlendirilmesinde qadinlar kişilerden ferqli olaraq, daha mülayim mövqe tuturlar.Nahaq deyilmemişdir ki, “Qadin sivilizasiyanın – tenzimleyicisi,kişi – qüvvet verenidir”.
Qadınların ictimai- siyasi reyi deyerlendirilmesi istiqameti kişilerinkinden ferqli olaraq daha konstruktiv ve pozitivdir.Görünür qadına xas olan dözümlülük ve rehmlilik kimi xarakterik xüsusiyyetler özünü bele gösterir:qadınların ictimai siyasi reyi siyasi ve iqtisadi proseslerin inqilabi yolla deyil,evolyusiyalı inkişafına üstünlük verir; qadının ezel maraqları – sosial teleblerdir:ailenin qorunması, uşaqlar ve yaxınlar haqqında qayğı,yaşamaq hüququna real teminat,sabahkı heyata ümid,sosial sabitlik ve ictimai sakitlik marağıdır; sonra ise Menafe ve mövqe meseleleridir; hakimiyyetde temsil olunmaq,qanunverici orqanlarda say nisbetini tarazlaşdırmaq,nehayet, siyasi kluarlarda önemli yer tutmaq.Antik siyaset elminin banisi Aristotel yazırdi:”Bezilerinin fikirleşdiyi kimi azadlıq ve beraberlik özünün esas tecessümünü başlıca olaraq onda tapır ki,hamı dövletin idare edilmesinde bilavasite iştirak etmiş olsun.”


Göründüyü kimi tarix boyu cemiyyetde formalaşmış kişi – qadın fealiyyetinde berabersizlik ve beraberlik ideyaları, adet - eneneler, qanun, norma ve bu zeruretden ireli gelen siyasi –hüquqi prinsipler esasında qurulmasını teleb eden gender münasibetlerine zemin yaratmışdır.Bildiyimiz kimi hele qedim zamanlardan qadın heyatda heç bir hüququ, nüfuzu olmayan bioloji varlıq seviyyesine endirilmiş, cemiyyetde esasen köle - keniz kimi qebul edilmişdir. Qedim Çin filosofu Fom Van söylemişdir ki, “Qadın olmaq ne qeder keder doğurur! Yer üzünde bu qeder ucuz şey yoxdur.”Hetta Hindistanda eri ölenden 40gün sonra qadın odda yandırılırdı.Lakin bütün bunlardan ferqli olaraq İslam dini qadınların hüquqlarını müdafie etdi, bu adetlere son qoyuldu.Hemçinin qadın izdivacı öz ixtiyarına verildi.Qurani – Kerimin “Beqere” suresinde deyilir:”Qadınlar sizin üçün libas, siz de qadınlar üçün libassınız”.Kişi qadını ne çölde, ne de evde işlemeye mecbur ede bilmez.Quran qadına yaradıcı, gerekli varlıq kimi qiymet verib, onu da cemiyyetin tam hüquqlu üzvü hesab etmişdir.
Esrler keçdikce tebii ki qadınlar öz hüquqsuzluğunu derk edib buna qarşı mübarizeye qalxmışlar.Elbetde, bu qadınlara köle kimi baxılmasına son qoydu, onlar ictimai işlerde kişilerle bir yerde işlemek, siyasetde temsil olunmaq kimi meselelerde uğur qazandılar amma tebii ki, müeyyen yerlerde ve şeraitde.Qebul etmeliyik ki, bu her yerde özünü doğrultmadı.Hal – hazırda bir çox yerlerde hele de qadına köle kimi baxılır, cemiyyetden tecrid olunur, qızların tehsile celb olunmasına çox da ehemiyyet verilmir ve bununla bağlı ciddi tedbirler görülmür.Amma qadınların bu dövre qeder gördükleri tedbirler ne qeder de ehemiyyetli olsa da,mence, qebul etmek lazımdır ki, kişilerle tam olaraq eyni hüquqlara malik olmaq mümkün deyil.Çünki ele meseleler var ki qadınlar bunu etmek gücünde deyil,elesi de var ki, kişiler onların qarşısında acizdirler.Demeli, qadın ve kişi hüquqları bir – birini edaletli şekilde tarazlaşdırmalıdır.


Tarix: 05.03.2013 / 17:52 Müəllif: [Ram] Baxılıb: 1644 Bölmə: Ümumi Psixologiya