beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kleptomaniya-ogrulug

Kleptomaniya psixoloji xestelikdir. Ele insanlar var ki, her hansı bir eşyaya ehtiyacı olmadığı ve ya onu ala bilecek qeder maddi veziyyeti yaxşı olduğu bir halda, oğurluq ederek o eşyaya sahib olurlar. Bu insanları kliptoman adlandırmaq olar. Kliptomaniya önceden planlaşdırılmış ve ya kimdense qisas almaq meqsedi ile edilmiş bir hereket deyildir. Çünki kleptoman etdiyi hereketin yalnış ve uyğunsuz olduğunu bile – bile oğurluq edir. Onlar sanki oğurluq etmekden zövq alır ve bu hereketlerile daxili rahatlıq tapırlar. Bezen onlar oğurladıqları eşyadan heç istifade etmeden, onu tullayırlar. Bele insanlar oğurluq etmek üçün heç vaxt başqalarından yardım istemirler.

Kleptomaniya uşaq yaşlarından üze çıxan psixoloji narahatçılıqdır. Bele insanlar bu davranışı etmezden önce, özlerinde yorğunluq ve çatışmazlıq hiss edirler. Oğurluq etdikden sonra ise xoşbext ve rahat olurlar. Çox vaxt kleptomaniya diaqnozu qoyulan xestelerde dipersanalizasiya (yüksek derecede mesuliyyetsizlik) halları da müşahide olunur.

Araşdırmalar neticesinde melum olmuşdur ki, saxlanılan mağaza oğrularının 5-25%- i kleptomaniya xesteliyinden eziyyet çekirler. Hemçinin qadınlarda bu xesteliye kişilerden 4 defe çox rast gelinir. Qadınlarda teqriben 30-35 yaşlarında, kişilerde ise 50-55 yaşlarında bu narahatçılıq özünü daha çox biruze verir.

Kleptomanik davranışların baş vermesine sebeb insanların uşaqlıq çağlarında yaşadıqları bezi hadiselerdir. Araşdırmalar neticesinde melum olur ki, bele insanlar uşaqlıq dövründe olduqca böyük travmalar almışlar. Bu xestelik insanlarda hemin tarvmaların ve özüne inamın aşağı olması neticesinde ortaya çıxır.

Kleptomaniya insan heyatında bezi itkilerin baş verdiyi zaman da ortaya çıxa biler. Meselen, uşaqları evden ayrılmış qadınlarda, kişilerde andropoz müddetinde bele hallara rast gelinir. Qadınlarda narahatçılığın artdığı hamilelik vaxtlarında da bu cür hallar özünü biruze verir. Xüsusen de hamile qadın başqa bir eve qonaq getdiyi zaman, qida maddelerine qarşı etdiyi bu davranış diqqeti daha çox celb edir.

Bu xestelik insanlarda cinsi problemlerin neticesi kimi de ortaya çıxa biler. Bezi psixiatrların fikrince bele hereketler uşaq 3- 5 yaşlarında olarken Freydin “fallik merhele” kimi adlandırdığı dövrde, uşağın diqqetinin cinsi orqanlarına yöneldiyi merhelede yaşadığı travmalarla bağlıdır.

Qeyd etmek lazımdır ki, çox tanınmış ve varlı insanların ailelerinde terbiye almış uşaqlarda da kleptomaniya hallarına rast gelinir. Tarixde Fransa kralı IV Henri ve Sardunya kralı Victorun da kleptoman olduğu sübut edilmişdir. Azerbaycanda ise tanınmış qanunda oğru olan Zerkalo Klaranı buna misal göstermek olar.

Qeyd etmek isterdik ki, eger cinayet zamanı saxlanılan şexsin kleptoman olduğu sübut edilerse, hakimler terefinden onun cezası nisbeten yüngülleşir.

Bele narahatçılığı olan insanlarla psixoterapevt ve ya psixoloq meşğul olmalıdır. Bu zaman insanın keçmişi ve bu anı ile bağlı olan, şüurunu zedeleyen hallar ortaya çıxarılır ve aradan qaldırılması üçün müxtelif terapiyalardan istifade olunur. Bezi hallada dermanla müalice de meslehet görülür. Xestelik bu usullarla tamamen müalice olunmazsa hipnoz üsulundan istifade etmekle uğurlu netice elde etmek olar.


Tarix: 05.03.2013 / 17:50 Müəllif: [Ram] Baxılıb: 866 Bölmə: Ümumi Psixologiya