beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Insan ne uchun tengid edir?

Her şeyi tenqid eden bir nefer bir resmi de tenqid edirmiş. Yanındakı: “Sen heç bu qeder gözel bir eser meydana getirdinmi?” soruşduqda, “Dostum, men yumurtlamağı bilmirem, amma bir yumurtanın sağlam yoxsa çürük olduğunu yaxşı bilirem” - deye cavab verir.
Kiminse tenqid etdiyinin ve ya kiminse tenqid edildiyinin tez-tez şahidi oluruq. Göresen insanlar niye tenqid edir? Tenqid etmeyin arxasınd...akı psixologiya nedir? Tenqidin faydalari varmı? Müsbet tenqid nece edilir? Tenqidin insan psixologiyasına tesirleri nelerdir?

Tenqid – şifahi, yazılı ve ya feli ola biler. Lüğet menası ile tenqid – her hansı bir insan, eser ve ya mövzunun doğru-yanlış, eskik-artıq, gözel-çirkin cehetlerini tapıb gösterme işidir. Tenqidin exlaqi cehetden yaxşı ve ya pis deyerlendirilmesi; kime, ne vaxt, hansı derecede, hansı meqsedle ve hansı niyyetle edildiyinden asılıdır. Bu baxımdan tenqid, müsbet tenqid (faydalı olan) ve menfi tenqid (zerer veren) olaraq iki yere bölünür. Tenqidin tesiri de yuxarıdakı söylediyimiz xüsusiyyetlere göre ferqli ola biler.


İnsan ne üçün tenqid edir?

Ferdi ve ictimai heyatın daha da yaxşılaşması üçün xetaların ferq edilib lazımi qaydada ifade edilmesi yararlıdır. Ancaq bu ifade formasının insana ve etfarına zerer vermemesi, ifadelerin müsbet niyyetli olması vacibdir. Bu formada edilen müsbet tenqidlerde sehvleri düzeltme mülahizesi vardır. Aile ve cemiyyetde menfi tenqide bağlananlar getdikce her şeyde bir eskiklik axtararlar. Bu şekilde tenqidin bir alışqanlıq kimi edilmesi müşahide olunur. Zererli tenqidin arxasında hissi ve nefsi mülahizeler yata biler. Reqabet ve qısqanclıq da insanı davamlı tenqide aparar. Bu durumda tenqide mövzu olan xüsusiyyeti düzeltme ve hell etme qayesi olmadığı üçün iki teref de bundan zerer çeker. Qısaca, “üzüm yemek yerine bağbanı döymek” üçün danışmaq olmaz. Deyerlendirmelerde semimi olmaq, hissi ve nefsi mülahizeleri terk etmek vacib faktordur. Belelikle, zererli tenqidin qarşısını almış olarıq.

Zererli tenqid ictimai bir xestelik halına çevrile biler. Meselen, KİV-de meşhur olan insanlar bele bezen duyğularına meğlub olaraq zererli tenqid edirler. Televiziyalardakı bezi müzakire proqramlarındakı insanlar tenqidden çox qarşı terefe maddi-menevi zerer vermeye çalışırlar. Qarşıdakı insan ne deyirse desin onu dediklerini tenqid etmeye çalışırlar, bu da şexsi menfeetin qorunması meqsedini daşıyır. Belelikle, menlik ve enaniyyetin menfi tenqidi artırdığının şahidi oluruq.


Tenqidçinin psixologiyası

Menfi tenqidlerde empatiya çatışmazlığı mövcuddur. Qarşıdakı insanın veziyyeti nezere alınmır. Lazımi qeder empatiya qura bilen insanlarda menfi tenqid çox az olar. Menfiliye fokuslanan ve ümidsiz insanlarda çatışmayan ceheti tapma hevesi daha çoxdur. Hamının ve her hadisenin eskik ve yanlışlıqları onlara tesir edir. Bikef ve distimik (uzun müddetli kefsizlik halı) insanlarda iradi ve ya qeyri-iradi ümidsizlik tenqidi çoxaldar. Bu veziyyetde insanlar içinde olduqları durumu hiss etmeye bilerler. Etrafındakı insanlar bunu ferq etmeli ve bele insanlara kömek etmelidir. Meselen, ümidsiz bir uşaq oynadığı yoldaşlarının ona qarşı olan normal münasibetini qesd kimi deyerlendire biler, belelikle onları tenqid eder ve sevilmediyini düşüner. Bu durumda onu yaxından tanıyan insanlar onunla maraqlanmalıdır. Çox mükemmelçi insanlarda, özünü ve başqalarını davamlı deyerlendirme, xetaları tapıb meydana çıxararaq her şeyin xetasız olmasını isteme hereketi müşahide edilir. Mükemmelçi insanlar etrafındakıların xetalarını taparaq stressin artmasına sebeb olarlar. Meselen, mükemmelçi bir ana, uşağının dörd almasını qebul etmez, hemişe beş almasını isteyer. Bu ise uşaqda stressin artmasına, müveffeqiyyetinin azalmasına getirib çıxara biler. En mükemmeli istemek ve gözlemek bezi gözelliklerin sönmesine sebeb ola biler.

Tenqidçinin şüur altında “Men daha yaxşı bilirem, daha yaxşı ederem” kimi bir düşüncesi ola biler. Bu düşünce ile insanların ve ya her hansı bir hadisenin sehv tereflerini tapar. Buna istinaden qarşıdakı insandan daha yaxşı bildiyini özüne göre isbat etmiş olar. Belelikle, enaniyyetin artmasına sebeb olar. Bu cür tenqid getdikce daha da menfi mahiyyete çevriler.

Bezileri ise xetalarını qeyri-iradi olaraq örtmek üçün tenqid eder. Xüsusile iş yerlerinde bu daha çox yayılmışdır. Başqaları tenqid edildikde ve ya eskik terefleri tapıldıqda, tenqidçi, yerinin möhkemlendiyini zenn eder, xetalarının örtüldüyünü düşüner. Ailede de sehvlerin başqalarına yüklenmesi ferdin öz sehvini düzeltmesine mane olar ve aile daxili münasibetlerin zedelenmesine yol açar. Davamlı her şeyi ve her kesi menfi deyerlendiren insanlar, özlerini strese yuvarladıqları kimi etraflarına da neqativ enerji yaydıqları üçün yalnız qalarlar.


Tenqid edilenin psixologiyası

Söylenen her sözün qarşı terefde bir eksi yaranır. Bu eks müsbet ve ya menfi ola biler. Deyerlendirmemişden evvel neyi ne üçün tenqid etdiyimizi ve bunun neticesinde kimin ne qeder faydalanacağını hesablamalıyıq. Söylediklerimizle sadece qarşı terefe mesaj vermekle kifayetlenmeyib, o insanın qısa, orta ve uzun müddetdeki davranışlarına da tesir etdiyimizi unutmamalıyıq. Müsbet üslubu saxlaya bilmediyimiz deyerlendirmede qarşı terefe zerer vere bilerik.

Tenqid daha çox tenqid edilende strese çevriler, bu da insanların bir-birlerinden uzaqlaşmasına sebeb olar. Her şeyi zererli şekilde tenqid eden insanların ailede de tek olduqları hiss olunur. Heç kim ona öz derdini danışmaq istemez, çünki hemişe menfi deyerlendirmekdedir. Tenqid ile birlikde hemsöhbetde incime ve xaric edilme duyğusu yarana biler. Bir insana davamlı eskik tereflerini söyledikde o insanın özü haqqında fikri menfi istiqametde deyişer. Özünü bacarıqsız hiss eder. Narahatçılığı artar. Narahatçılıq ve stresi artan insanların da xetaları çoxalar.

Tenqid ile hemsöhbetin ya cesaretinin azalaraq passivleşmesine ve yaxud daha da hiddetlenmesine sebeb oluna biler. Davamlı tenqid edilen insanlarda tenqid edilme qorxusu ile cesaretsizlik baş verer. Tenqid edilen insan tenqid edene hirslendikde aradakı dialoq pozular.

Bir insanın ve ya şeyin bir çox gözel cehetleri olduğu halda, yalnız sehv tereflerini aşkarlamaq haqlılıq ve edalete münasib deyil. Tenqid edilen insanın gözel tereflerinin görülmemesi onun gözel yanlarının azalması demekdir. Bir bağçada onlarla gözel çiçek olduğu halda sadece bir neçe yabanı ota ilişib qalmaq o çiçeklerin azalmasına sebeb olar. Davamlı tenqid edilen insanın kefsizleşmesi ve özüne qapanması qaçınılmazdır.


Tarix: 05.03.2013 / 17:47 Müəllif: [Ram] Baxılıb: 1225 Bölmə: Ümumi Psixologiya