beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niye sehv etmeye meyilliyik?

İnsan sehv edir. Bu tebiidir. Öz sehvine beraet qazandırmaq isteyir. Bu da tebiidir.Amma bu hal verdişe keçmeyene kimi tebiidir.

Sehvlerin sayının artması ve her birine beraet qazandırılması insanın sehv etmeye öyreşmesine ve en nehayet uçuruma gedib çıxmasına sebeb ola biler.
Filankes naxelef çıxdı, filankes pis idi, filankes meni aldatdı ve s...
... Bu kimi beraetler özünü tenqid hissini öldürür.
İnsan etrafı olduğu kimi deyil, öz prizmasından görmeye başlayır.

Biz çox vaxt öz arzularının gerçeklikle üst-üste düşdüyüne inanırıq, amma heyat zerbeler vurduqca, maneeler artdıqca yanıldığımızı anlayır, anladıqca, özümüzü sındırmayaraq teselli vermeye çalışırıq.Hadiselerle planlarımız tutarken özümüzü xoşbext ve şanslı bilirik.Ele ki, hadiseler istediyimiz axarda getmir, o zaman meyusluq, depressiya ve esebilikler başlayır.Eslinde bizi üzen yanılmalarımızdır, ve eslinde her şey filankesin pis olmasından ireli gelmir.

Bezi insanlar terslik qanununa inanırlar.
Bezileri özlerini qismetsiz hesab edib, özlerinden ellerini üzürler.
Bu sonuncu veziyyet psixoloji pozğunluqlara getirib çıxara bilir.

Konfusinin bir kelamı var:
"Her atılan ox hedefe deymir, çünki insanların gücü eyni deyil".
Belke eslinde mesele gücde deyil, hedefdedir?
Hedef düzgün seçilmeyende oxlar tamam başqa istiqametde uçur belke?
Sehvler tekrar-tekrar meydan oxuyur insana?

Heyatda sehvlere oyreşmek olmaz.Her defe eyni sehvleri tekrarlamaqsa heç olmaz.Düzdür, her şeyle barışıb yaşamaq ve yalnız sade işlerden yapışmaq maraqsızdır. Amma her defe ve tez-tez gücünüzden artıq sınaqlara düşmeyin!Şansınızı zorlamayın!Bu sizi meyusluqlara getirib çıxara biler.Ve unutmayın ki, sizinle birlikde sizi sevenler de meyus olurlar.Onlara qıymayın..


Tarix: 05.03.2013 / 17:45 Müəllif: [Ram] Baxılıb: 699 Bölmə: Ümumi Psixologiya