beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birini sevsən sərbəst burax...

1.Pessimist- getmək istəyəni burax getsin. Sənə qayıdarsa sənindir. Hələ də qayıtmasını gözləyirsənsə heç bir zaman sənin olmamışdır.
2.Optimist- getmək istəyəni burax getsin. Üzülmə geri dönəcəkdir.
3.Şübhəçi- getmək istəyəni burax getsin. Lakin onu izləməsi üçün birini tap.
4.Qərarlı- getmək istəyəni burax getsin. Geri qayıdarsa sənindir, qayıtmazsa get geri qaytar.
5.Ovçu- getmək istəyəni burax getsin. Qayıtmasını gözləmə, get və onu vur.
6.Boşvermiş- getmək istəyəni burax getsin. Dönməzsə unut getsin.
7.Səbrli- getmək istəyəni burax getsin. Geri dönənə qədər gözlə.
8.Paranoyak- o getmədən əvvəl sən get.
9.Faşist- getmək istəyəni burax getsin. Geri gəlməzsə vur. Mən gedib də dönməzsəm məni də vur.
10.Statistikçi- getmək istəyəni burax getsin. Geri dönmə ehtimalı yüksəkdir. Qayıtmazsa münasibətiniz alınmayacaq deməkdir.
11.Hüquqçu- getmək istəyəni burax getsin. Səyahət sərbəstliyi onun haqqıdır.
12.Bill Gates- getmək istəyəni burax getsin. Geri dönərsə yenidən yükləmə ödənişi alar, ona səni "up grade" etdik deyərik.
13.Hər zaman itirənlər- getmək istəyəni burax getsin. Onsuzda dönməyəcək. Sən də onun barəsində pis bir hekayə uydurarsan.

Məni soruşacaq olsanız özümü "qərarlı"ya daha yaxın hesab etdiyimi yaza bilərəm. Bəs siz özünüzü hansına yaxın bilirsiniz?


Tarix: 27.11.2014 / 11:43 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Ümumi Psixologiya