Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Veysəl

Aşıq Veysəl (türk. Veysel Şatıroğlu) - Türk xalq ozanı. Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi.
Həyatı

Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır:
" Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün gözəl köynək toxumuşdu. Həmin köynəyi geyinib məni çox istəyən bir nəfərin yanına getmişdim. Geyimim xoşuna gəlmişdi. Həmin gün yağışlı bir gündü, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum.. Xəstəliyi ağır keçirdirdim. İlk əvvəl sol gözüm tutuldu və daha sonra isə sağ.. Həmin gündən bu günə dünya mənim üçün bir zindandır.. "

Atası, Veysəl gənc yaşlarda olarkən başını qatması üçün ona saz alır. İlk əvvəl başqa ozanların türkülərini ifa etməyi öyrənən Veysəl, 1933-cü ildə Əhməd Qutsi Tecer ilə tanış olduqdan sonra öz türkülərini bəstələyib ifa etməyə başlayır. Türk Aşıq Məktəbinin son ustadı olaraq qəbul edilən Aşıq Veysəl qısa zamanda məhşurlaşmağa başlayır. Tərəfindən öz səsi ilə ifa edilən mahnıları dövlət radiolarında səsləndirilir.

1965-ci ildə aşıq dövlət tərəfindən maaş ilə təmin edilir. 1970-ci illərdə isə Hümeyra,, Fikrət Qızılox və Esin Əfşar kimi sənətçilərin aşıq tərəfindən yazılan mahnıları səsləndirməsi onun şöhrətini bütün ölkə hüdudularına yayılması ilə nəticələnir. Aşıq Veysəl 1973-cü ildə 78 yaşında olarkən ağciyər xərçəngindən vəfat etmişdir.
Əsərləri

Anlatamam derdimi (5:24)
Arasam seni gül ilen (4:18)
Atatürk'e ağıt (5:26)
Beni hor görme (2:46)
Beş günlük Dünya (3:58)
Bir kökte uzamış (4:55)
Birlik destani (1:42)
Çiçekler (3:05)
Cümle âlem senindir (6:44)
Derdimi dökersem derin dereye (4:51)
Dost çevirmiş yüzünü benden (3:12)
Dost yolunda (4:43)

Dostlar beni hatırlasın (6:02)
Dün gece yar eşiğinde (4:28)
Dünya'ya gelmemde maksat (2:43)
Esti bahar yeli (2:41)
Gel ey âşık (5:35)
Gonca gülün kokusuna (5:24)
Gönül sana nasihatim (6:40)
Gözyaşı armağan (3:32)
Güzelliğin on para etmez (4:31)
Kahpe felek (2:58)
Kara toprak (9:25)
Kızılırmak seni seni (4:58)

Küçük dünyam (5:17)
Murat (5:13)
Ne ötersin dertli dertli (3:05)
Necip (3:16)
Sazım (6:02)
Seherin vaktinde (5:01)
Sekizinci ayın yirmi ikisi (4:43)
Sen varsın (4:01)
Şu geniş Dünya'ya (7:27)
Uzun ince bir yoldayım (2:23)
Yaz gelsin (3:02)
Yıldız (Sivas ellerinde) (3:16)

Qeyd: Mötərizədə göstərilmiş vaxt əsərlərin müddətini göstərir.


Tarix: 10.07.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 434 Bölmə: Tibb
loading...