Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim Topçubaşov

Həyatı

İbrahim Topçubaşov 7 noyabr 1924-cü ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib. 1958-ci ildən Azərbaycan Tibb İnstitutunda cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb. 1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Fəaliyyəti

Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri Çexoslovakiyada, Polşada, Bolqarıstanda, Türkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir.
Ailəsi

İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub.

Flora Kərimova ilə ailəli olub.
Filmoqrafiya

Respublikamın adamları (film, 1964)


Tarix: 10.07.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 115 Bölmə: Tibb
loading...